Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Hər gün 30-40 zeytun ye, xəstəxananın yolunu unut”

Yanvar 28
14:38 2015

O, hətta, zeytun yarpağından dəmlənmiş çayın da immun sistemini qüvvətləndirdiyini diqqətə çəkib.

Türkiyənin Kardiologiya mütəxəssisi, Professor Doktor Canan Karatay, “hər gün 30-40 zeytun ye, xəstəxananın yolunu unut”, -deyərək elmi məruzəylə çıxış edib.

“Sələf Xəbər”in t24.com.tr-yə istinadən xəbərinə görə, zeytun və zeytun yağının şəfa olduğunu bildirən Karatay, zeytunun bir dənəsində 5 kalori olduğunu qeyd edib. Zeytun və zeytun yağının antioksidant olduğunu dönə-dönə vurğulayan professor onun qətiyyən kilo artırmadığından da bəhs edib.

Doktor Canan Karatay onu da bildirib ki, zeytun və zeytun yağı istehsalı və satılması dəstəklənməlidir. O, hətta, zeytun yarpağından dəmlənmiş çayın da immunitet sistemini qüvvətləndirməsini diqqətə çəkib. “2020-ci ildə qıtlıq olacaq. Amerika bunun hazırlıqlarını edir. Zeytun sağlamlıq gətirir. Zeytun qızıl, yağı isə qızıl suyudur”-deyib.

Bol çörək və şəkər istehlakının ürək çatışmazlığı riskini artırmasına toxunan doktor “Mən ürək mütəxəssisiyəm və məsuliyyətlə deyə bilərəm ki, ürək çatışmazlığının qarşısı alına bilər. Ancaq qidalanmaya diqqət etmək lazımdır. Ürək xəsyəliyi bir anda gəlmir. 20 yaşlardan başlayan sağlıqsız qidalanma 40 yaşlarda ürək çatışmazlığı riskini artırır”-deyərək bu barədə də fikrini bildirib.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.” (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930