Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Hər il milyonlarla insan bundan ölür!

Yanvar 26
15:22 2015

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, hər il dünyada 70 yaşından aşağı 16 milyon insan qeyri-yoluxucu xəstəliklər səbəbi ilə vaxtsız dünyasını dəyişir.

“Sələf Xəbər” Milli.az-a istinadən xəbər verir ki, bu xəstəliklər dünyada ölüm hallarının 63 faizini təşkil edir. Təşkilatın hesabatında deyilir ki, milyonlarla insanın əsas ölüm səbəbi ürək, ağ ciyər xəstəlikləri, iflic, xərçəng və diabetdir.

Ümumdünya Səhiyyə Təşkilatı tütün, spirtli içkilər, qeyri-sağlam pəhriz və fiziki fəaliyyətsizliyi əsas faktor kimi göstərir. Həyat tərzini dəyişməklə vaxtsız ölümlərə mane olmaq mümkündür.

Ümumdünya Səhiyyə Təşkilatı 2013-cü ildə qlobal hərəkət planı təsdiq edib. Plan vaxtsız ölümlərə mane olunması məqsədi daşıyır. Sənəddə 2025-ci ilədək ölüm hallarının azaldılması qarşıya məqsəd qoyulub.

Ümumdünya Səhiyyə Təşkilatı çox az investisiya yolu ilə xəstəliklər və ölüm hallarının qarşısının alına biləcəyini bildirir. Ölüm və xəstəliklərin qarşısını almaq üçün qlobal illik xərc 11.2 milyard dollar təşkil edir. Əks təqdirdə, 2011-2025-ci illər arasında veriləcək itki 7 trilyon olacaq.

 Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır.” (Buxari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta, adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930