Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Heyrətamiz “Hovakaşina” vahəsi – FOTO

Aprel 25
20:32 2015

“Sələf Xəbər”in albayan.ae saytına istinadən verdiyi xəbərə görə, Peru səhrasının qəlbində heyrətamiz “Hovakaşina” vahəsi yerləşir.

Möhtəşəm “Hovakaşina” vahəsi Perunun cənub hissəsində, İka şəhərinin 8 kilometrliyində yerləşir. Bu vahə “sehrli” təbii gölün ətrafında inşa edilmişdir. Vahə hər tərəfdən bir neçə fut hündürlükdə qum təpələri ilə əhatə olunub.

Britaniyanın “Daily Mail” qəzeti bildirir ki, adama elə gəlir ki, vahə səhranın ortasında qızmar səhra istisi olan yerdədir. Lakin həqiqət budur ki, vahə Sakit okean sahillərindən bir saatlıq məsafədə yerləşdiyi üçün gözəl təbii hava şəraiti mövcuddur. Üstəlik səhranın sakitçiliyini də nəzərə alsaq, bu vahə özünə dünyanın hər yerindən turist cəlb edir.

Adı çəkilən qəzet bildirir ki, vahə dünyanın ən quru havasına malikdir. Buna baxmayaraq, oranın yüzə yaxın daimi sakini vardır. Yaşıllıqla əhatəyə alınmış gölün ətrafında bir neçə kurort ərazisi və yeməkxana da fəaliyyət göstərir. Yerli sakinlərin gəliri yalnız turizmdən əldə edilir.

📷

oazis-1 oazis-2 oazis-3 oazis-4 oazis-5 oazis-6 oazis-7 oazis-8

Sələf Xəbər: Uca Allah buyurur: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır”. (Qurani-Kərim, “Əraf” surəsi, 54-cü ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930