Heyvan kəsmənin tibbi həqiqətləri kəşf edildi
1. 727 dəfə baxılıb
Nə üçün kəsilməyən, boğulan və zərbədən ölən heyvanı yemək İslamda haramdır?
Ətindən istifadə etməmişdən öncə heyvanın başının kəsilməsini əmr edən İslamın bu hökmü bəzi İslamın düşmənləri tərəfindən paxıllıq olaraq və İslam qanunlarına şübhə yaratmaq niyyəti ilə qınanmaqdadır. Lakin düşünmürlər ki, Rəbbani əmrlərə heç bir batil qələbə çalmaz və naqislik gətirə bilməz.
Müsəlmanların az saylı olduğu İngiltərə, Fransa, ABŞ və digər ölkələrdə bu mövzu ilə bağlı müsəlmanlara qarşı dəfələrlə sərt çıxışlar və dialoqlar baş verir. Bu ölkələrdə olan “Heyvanların müdafiəsi cəmiyyətləri” sözügedən məsələni qabardaraq inkar edən, müsəlmanların heyvanı kəsdikdən sonra çapalamasını göstərərək onları vəhşilikdə ittiham edənlərin öndə gedənləridir. Əlbəttə ki, bu cəhdlərin arxasında həsəd və kin də öz rolunu oynayır. Çox qəribədir ki, bunlar müasir elmin də bu mövzu ilə bağlı kəşf etdiyi təkzibolunmaz həqiqətləri danmaqda israrlıdırlar.
Sözsüz ki, Uca Allahın Rəsulu Məhəmmədə (Allahın ona salavat və salamı olsun) nazil etdiyi kamil din və hər hökmündə dəqiq olan şəriətə bu həsəd dolu iftiraların heç bir ziyanı yoxdur. Xüsusilə də, inkişaf etmiş elmin özü də İslamın Rəbbani əmrlərinin, həqiqətən də, doğru olduğunu açıq-aydın sübutlarla təsdiqləmişdir. Elmin təsdiqlədiyi həmin məsələlərdən biri də elə söhbət açdığımız və şəriətin bizə əmr etdiyi heyvanı kəsmək məsələsidir.
“Sələf Xəbər” “Ecaz” saytına istinadən heyvanın ətinin və digər hissələrinin istifadəsindən öncə onun kəsilməsinin tibbi faydalarını üzə çıxartmaq üçün Kopenhagenin ən böyük rəsmi xəstəxanası olan “GİS Hospital” ın Bakteriya şöbəsinin professoru Con Hanover Larson ilə olan söhbəti təqdim edir:
-Professor, ölmüş heyvanın ətini yeməyi tibbi cəhətdən necə izah edirsiniz?
-O bakteriya və öldürücü xəstəliklər anbarıdır. Avropadakı qanunlar ölü ətini yeməyi qadağan edir.
-Əgər bir qram qan və bir qram əti açıq yerdə saxlayıb sonra da onların hər birini 3 yaxud 4 saatdan sonra istifadə etmək istəsək bunun zərəri varmı?
-Bəli, böyük zərəri var. Qana gəldikdə isə zərərli bakteriyalar ola bilsin ki, qəssabın kəsdiyi bıçaq, hava yaxud da yaxında olan hər hansı bir vasitə ilə qana keçsin. Əgər bir neçə bakteriya qana keçərsə, bir bakteriya riyazi olaraq hər yarım saatdan bir ikiqat artmağa başlayır. 1000 bakteriyanın bu bir qramlıq qana keçdiyini hesab etsək həmin bakteriya yarım saatdan sonra 2000 bakteriya olacaqdır. Bir saatdan sonra ədəd 4000-ə qalxaraq, bir saat yarımdan sonra isə 8000 bakteriya olacaq. İki saatdan sonra isə bakteriyaların sayı 16000-ə qalxaraq üç saatdan sonra isə bu bir qram qana hücum edən bakteriyaların sayı 64000 olacaqdır. Məlumdur ki, qanın özündə olduqca çoxlu bakteriyalar var. Heyvanın ölümündən sonra o çirklənərək insan səhhətinə olduqca böyük zərər vurur. Ümumən, qanın özü həmin an, yaxud da bir yerdə saxlanılaraq digər bir vaxt içilərsə də çox zərərlidir.
Ət parçasına gəldikdə isə mikroblar onun içinə daxil ola bilmədikləri möhkəm təbəqəsini udmaq üçün ətin xarici səthinə hücuma başlayırlar. Möhkəm təbəqəni udmağa başlayan zaman qidanın azlığına görə mikrobların çoxu sürətlə arta bilmədikləri üçün ölməyə başlayır. Yemək bişirən zaman ət parçasını bişirməmişdən qabaq onun xaricini yuyarkən mikrobların bir çoxu da bu əməliyyatla aradan qaldırılır. Həmçinin, bişirən zaman digər mikroblar ölmüş olur.
Mən ölkəmizdə donuz ətinə qarşı müharibə edirəm. Çünki Yarasina adlı yeni bir mikrob tapmışam. Həmin mikrob ancaq donuzda olur və yalnız 40 dərəcəlik soyuqda yaşayır. Bu mikroba bir çox avropalılar tutulub. Onurğa və oynaq xəstəliklərinin çoxu bu xəstəliklə əlaqədardır.
-Boğularaq ölən heyvanın ətini yeməkdə təhlükə varmı?
-İndi qanunlarımız boğularaq ölən heyvanın ətini yeməyi qadağan edir.
-Niyə?
-Son zamanlar boğularaq ölmüş heyvanın daşıdığı xəstəliklərlə insan səhhəti arasında əlaqənin olduğunu kəşf etmişik. Belə ki, heyvan sağ olarkən onun artıqları olan qalın bağırsağı mikrobların heyvanın cisminə və qanına keçməsinə bir maneə rolunu oynayır. Məlumdur ki, qalın bağırsaq insan səhhətinə ciddi zərərli olan mikroblarla dolu bir anbardır. Lakin bu bağırsağın daxili divarları mikrobların heyvanın bədəninə keçməsinin qarşısını alır. Həmçinin, heyvanın qanının da mikroblarının keçməməsi üçün digər bir divarı vardır.
Heyvan boğulan zaman yavaş-yavaş ölür və elə təhlükə də bu asta olan ölümdədir. Qalın bağırsağın divarları öz müqavimətini tədricən itirdiyinə görə zərərli mikroblar bağırsaq divarlarından qan və yaxın ətə keçir və heyvanın hələ də ölmədiyi üçün qanda olan bu mikroblar qan dövranı vasitəsilə bədənin hər tərəfinə, o cümlədən də qan damarı divarlarının müqavimətinin zəiflədiyinə görə həmin mikroblar ətə də keçir. Beləliklə, böğularaq ölmüş heyvan zərərli mikrobların anbarına çevrilir.
-Boğularaq ölmüş heyvanla zərbə ilə vurularaq ölmüş heyvan arasında oxşarlıq varmı?
-Bəli. Bu heyvan da tamamilə boğulmuş heyvan kimi tədricən ölür. Üstəlik də vurulan zərbə səbəbilə həmin yerin qan damarları və hüceyrələri partladığı üçün qan tərkibi ilə hüceyrə tərkibi bir-birinə qarışır deyə zəhərli və zərərli maddələrin reaksiyasına səbəb olur. Ona görə də vurulan yerin şişməsinin şahidi olursan. Bu şişmənin səbəbi isə zərərli kimyəvi reaksiyalardır. Hansı ki, heyvanın bədənindəki yarıqla yanaşı zəhərli maddələr yaradır. Bununla da zərbə ilə öldürülən heyvan zərərli mikrobların anbarına çevrilir və insan səhhətinə təhlükə olur.
-Bəzən heyvan başqa yolla, məsələ, hündür yerdən yıxılaraq ölür. Bu yolla ölən heyvanın ətinin yeyilməsi barədə nə deyirsiniz?
-Bu yolla ölən heyvanın halı zərbə ilə ölən heyvanın halı ilə eynidir. Heyvanın düşdüyü yerdə yarıq baş verir və yenə də tədricən ölməyə başlayır.
Hətta, yıxılaraq həmin an ölsə belə, mikroblar bədəninə tez bir zamanda hücuma keçir. Elə ona görə də onun bədənindən qoxunun sürətlə qalxması orada təhlükəli bakteriyaların və mikrobların olmasına dəlalət edir.
-Bəzi heyvanlar vardır ki, bir-biri ilə döyüşərək ölür. Bu yolla ölən heyvanın ətini yeməkdə təhlükə varmı?
-Bu yolla baş verən ölüm zərbə ilə ölümə bənzəyir və daha da təhlükəlidir. Çox vaxt heyvan buynuzu ilə vurarkən digər heyvanın qarın nahiyəsinə və xüsusən də mədəsinə vurur. Bakteriyalara bulanmış buynuz digər heyvanın bağırsağında olan qana daxil olur və qan da onun bədənində dövran edə-edə ölür.
Bu yolla ölən heyvanın da ətinin yeyilməsi insan səhhətinə dəqiq olaraq zərərlidir.
-Vəhşi heyvan hansısa bir heyvanı parçalayıb öldürərsə, onun ətini yemək barədə nə deyirsiniz?
-Məlumdur ki, vəhşi heyvanın pəncələri bakteriyalarla doludur. Əgər onu digər heyvanın bədəninə daxil edərsə, həmin bakteriyalar heyvanın qanına keçər və beləliklə də o heyvan tədricən ölər və bədəni bakteriya anbarına çevrilər.
-Əgər yuxarıda saydığımız hallardan biri hansısa heyvanın başına gəlsə də sağ qalarsa və biz onu ölməmişdən qabaq kəsəriksə, bu barədə sizin fikriniz nədir?
-Bu yolla bakteriyaları nəql etməkdə əsas rol oynayan qanı artıq axıtmış olarıq deyə qanın digər üzvlərə keçməsinin qarşısı alınar.
Heyvan ölməmişdən öncə kəsilərsə, bədəni bakteriyaların nəql edilməsinə səbəb olan qandan qurtulur. Çünki qan canlının bədənində mühüm bir bioloji mayedir. Hansı ki, bu canlı diri və bədən istiliyi təbii qaydada olarsa, özündə daşıdığı immunitet milyonlarla olan parazitlərə müqavimət göstərə bilir. Əgər heyvan ölərsə, qan dövran etməkdən dayanar və mikroblar müqavimətsiz qalar. Bu halda ən salamat yol qanı tez bir vaxtda tam şəkildə axıdaraq bədəndən çıxartmaqdır.
-Heyvanın damarlarını kəsərək qanını axıtdıqdan sonra ağrı hiss edirmi?
-Cavab bəsitdir. Qarşında olan hər hansı bir şəxsin burasına – heyvanın kəsildiyi yerə işarə etdi – bassan onun bir neçə müddətdən sonra özündən getdiyini görərsən.
Artıq elm kəşf etmişdir ki, qan dövranı 3 saniyə müddətində dayanarsa, ağrını hissetmə mərkəzləri də öz işini dayandırır. Çünki həmin mərkəzlərin davamlı olaraq qanda olan oksigenə ehtiyacı vardır.
-Professor, bu heyvanın ağrını hiss etməməsini necə izah edirsiniz, halbuki, biz onun təpiklədiyini, hərəkət etdiyini və əyildiyini görürük?
-(Professor gülümsəyərək) Bunun səbəbi odur ki, sinir sistemi hələ də sağ və canlıdır. Lakin o yalnız hissini itirmişdir.
Biz onun boğazını kəsmədiyimiz müddətdə onun sinir sistemi hələ də diridir. Lakin müsəlmanların kəsdiyi yol ilə baş verən odur ki, sinir sistemi beyindən ürəyə işarə edərək qanın ona çatmadığı üçün qan göndərməsini tələb edir. Elə bil ki, çağıraraq deyir: “Artıq mənə qan çatmır! Ey ürək, bizə qan göndər! Ey əzələlər, ürəyə qan verin! Ey bədən, qan istehsal et! Həqiqətən də, beyin təhlükədədir!”
Bu zaman əzələlər təzyiq göstərir, içalat, daxili və xarici əzələlər tez-tez hərəkət etməyə başlayaraq qüvvə ilə özündə olan hər bir qanı ürəyə göndərir. Ürək də tamamilə qan ilə dolduqdan sonra döyüntülərində tələsərək öz rolunu yerinə yetirir və beyinə qan göndərir. Lakin təbii olaraq qan beyinə çatmır və xaricə tökülür deyə heyvan çapalayaraq əyilməyə başlayır. Bu minvalla heyvanın bədəni tamamilə qandan təmizlənir və beləliklə bakteriyaların böyüməsi üçün ən əlverişli mühitdən və insana ən təhlükəli olan maddədən qurtulmuş olur.
-Demək, deyirsiniz ki, heyvan düzgün yolla kəsilərsə, 3 saniyə ərzində həyatını itirir və o heyvanın təpikləməsinin, yığılmasının və buna oxşar hərəkətlərinin səbəbi onun sinir sistemindəki həyatın qalığının təsirinə görədir və kəsilən heyvan qəti olaraq o ağrıları hiss etmir?
-Bəli, bu doğrudur. Artıq bu tibbi sirlər və doğru hikmətlər 1400 il bundan öncə Qurani-Kərimdə qeyd olunmuşdur. Allah Təala buyurur: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, (küt alət və ya zərbə ilə) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş – canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır – dikinə qoyulmuş daşlar üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır”. (“əl-Maidə”, 3)
Sələf Xəbər: Uca Allah buyurur: “Nə önündən, nə də arxasından batil ona (Qurana) yol tapa bilməz. O, hikmət sahibi, şükrə layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir”. (Qurani-Kərim, “Fussilət” surəsi, 42-ci ayə)