Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Hidrogen mühərrikli avtomobillər artıq satışdadır

Dekabr 18
13:03 2014

Yeni texnologiyalı hidrogen və elektrik mühərrikli avtomobillər bir neçə ilə dünyanı dəyişə bilər.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Yapon dilindən tərcümədə “Gələcək artıq indidən” mənasını verən hidrogen mühərrikli avtomobillərin ilk seriyalı modeli yalnız hidrogenlə işləyir və havaya su buxarından başqa heç bir zərərli maddə buraxmır. O, müasir benzin mühərrikindən iki dəfə effektiv olsa da, həddindən artıq bahalıdır. Hazırda belə avtomobilin qiyməti, təxminən, 61 min dollara yaxındır.

Alternativ texnologiya sisteminin əsas bəlası da elə qiymətlərin baha olmasıdır.
Artıq innovativ avtomobillərin satışına başlanılıb. İndi alıcıları düşündürən əsas sual qiymətlərin nə zaman ucuzlaşacağıdır. Axı, kompyuterlər də bir zaman tonlarla ağırlıqda idi və milyonlarla dollara satılırdı.

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin, xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Hələ bundan bir az əvvəl, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta, aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.”

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930