Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Hindistanda münasib qiymətə Android Xolo One telefonu satışa çıxarılıb

Oktyabr 21
17:06 2014

“Sələf Xəbər” ensonhaber.com saytına istinadən, Hindistanda Xolo One adlı Android telefonunun münasib qiymətlə satışa çıxarıldığını bildirir.

Hindistanın aparıcı mobil operatorlarından olan Xolo, Android One seriyalı telefonlarına yeni bir model də əlavə edib. Hindistanda 105 dollara satışa çıxarılacaq Xolo One telefonu üçün Android 5.0 Lollipop yenilənməsinin tətbiq ediləcəyi şirkət tərəfindən açıqlanıb.

4.5 dyümlük 854×480 pikselli IPS LCD ekrana malik model, Cortex-A7 prosessor və 1.3 GHz sürətə malik dördnüvəli Mediatek MTK 6582M və Mali-400 MP2 çipsetlə işləyir.

3G standartlarını dəstəkləyən Xolo One modeli 1 GB RAM, 8 GB artırıla bilən yaddaş kartı, 1080p video qeydə alan 5MP arxa kamera, VGA ön kamera, Android 4.4.4 KitKat əməliyyat sistemi, 1.700mAh həcmli batareya, GPS və Bluetooth 4.0 kimi səciyyələrə malikdir.

Dəri görünüşlü arxa örtüyə malik Xolo One modelinin qırmızı, qəhvəyi, qara və ağ rənglərdə əldə etmək olar. Xolo One modeli üçün Android 5.0 yenilənməsinin tətbiq ediləcəyi bildirilir.

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031