Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İctimai yerlərdə siqaret çəkməyə qadağalar əhalinin sağlamlığının artmasına gətirib çıxardı

Aprel 14
15:06 2014

İctimai yerlərdə siqaret çəkməyə dövlət qadağaları dalğası dünyanı bürüdüyü vaxt, mütəxəssislər uşaqların sağlamlığından narahat olmağa başladı. Onlar güman edirdilər ki, park və ya restoranda siqaret çəkə bilməyəcək valideynlər bunu evdə əvvəlkindən daha çox edib uşaqlara daha çox ziyan verəcəklər. Buna baxmayaraq, qadağalardan gələn effekt son dərəcə müsbət olub, “Вести.ру” yazır.

Miqyaslı tədqiqatın nəticələrinə əsasən, son illərdə siqaret çəkməyə olan qadağaların artması ilə uşaq astması tutmaları, həmçinin hamilə qadınlarda düşük və erkən doğuş hallarının sayı kəskin azalıb.
Tədqiqatı Niderlandda Maastrixt universitetinin nəzdində olan Tibb mərkəzinin Yasper Benin (Jasper Been) başçılığ etdiyi alimlər komandası keçirib. Onlar son illərdə uşaqların astma tutmaları ilə və qadınların düşük ilə xəstəxanaya yerləşdirilməsi barədə 11 tədqiqatın nəticələrinin metaanalizini keçirib.

Hər şeydən əvvəl, siqaret çəkən hamilə qadınlarda erkən doğuş riskinin yüksəldiyi ortaya çıxıb, və buna görə dövlət səviyyəsində qadağalar ana və uşağın sağlamlığına yaxşı təsir edir.
Alimlər tərəfindən 2,5 milyondan çox erkən doğuş hadisəsinə və 250 minə qədər uşağın astma tutması ilə xəstəxanaya yerləşdirilməsi hadisəsinə baxılıb. Baxılan üç məlumat bazası 2006-cı və 2007-ci illər arasında Böyük Britaniyada siqaret çəkməyə olan qadağa ilə, qalan səkkiz isə — Avropa və ABŞ ərazisində analoji qanunlarla əlaqələndirilmişdir.

Ümumi statistika belədir: uşaq astması tutmalarının və hamilə qadınlarda düşüklərin sayı siqaret çəkməyə qoyulan məhdudiyyətlərin tətbiqindən bir il sonra 10% azalıb.
Ekspertlər iddia edir ki, bu rəqəmlər hər bir halda cəmiyyətdə baş verən ümumi tendensiyalardan asılı olmayaraq hesablanıb.
Yeni tədqiqatın müəllifləri güman edir ki, kritik halların azalması dövlət səviyyəsində qoyulmuş qadağalardan daha çox, sosial tendensiyaların dəyişməsi ilə bağlıdır: ictimai yerlərdə siqaret çəkmə getdikcə qəbul edilməz hal olmağa başlayıb”.

“Bu uşaqlara faktiki təsirin yox, ictimai normaların dəyişməsinin nəticəsidir. Biz güman edirik ki, daha çox insan öz evlərində və mənzillərində siqaret çəkməyi qadağan edir”, — məqaləsi Lancet jurnalında çıxan Ben deyir.
Bununla belə, alimlər cəmiyyətin sağlamlığına məhz dövlət qadağalarının belə təsir etməsini əminliklə iddia edə bilmir. Lakin bu yaxınlarda yayılmış ictimai yerlərdə siqaret çəkmə qadağasından sonra insanların vəziyyətində ümumi yaxşılaşma tendensiyasını gördükdə, mütəxəssislər belə nəticə çıxardır ki, əsas məqsəd əhalinin əmin-amanlığı olanda belə tədbirlər son dərəcə müsbət nəticə verir.

 Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir, və insana yalnız xeyir verən şeyləri əmr edir, və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.

Siqaret və qəlyan da həmçinin bu kateqoriyaya daxildir. Məlumdur ki, siqaretçəkən öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verir. Həmçinin, siqaretçəkəndə siqaretlərdən asılılıq əmələ gəlir və o müntəzəm olaraq siqaret və ya qəlyan almağa pul xərcləməyə məcbur olur (məlumdur ki, ayrı-ayrı restoranlarda qəlyanın qiyməti 100 dollara, və ya ondan da baha başa gəlir), bu da başqa günaha – israfçılığa səbəb olur.

20-ci əsrin görkəmli islam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhm etsin), İslamda siqaret çəkmə barəsində rəyi soruşduqda, şeyx belə cavab verdi: “Siqaret çəkmə İslamda qadağandır. Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin.” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), “öz əllərinizlə özünüzü təhlükəyə atmayın.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin.” (Müqəddəs Quran, “Nisa” surəsi, 5-ci ayə). Peyğəmbər (ona salavat və salam olsun həmçinin) israfçılığı da qadağan edib.

Tibb sübut etdi ki, siqaret çəkmə sağlamlığa ziyan vurur, və hətta siqaretçəkənin ölümünə səbəb ola bilər. Bu siqaret aludəçiliyi çəkənin intiharına aparır, beləliklə o özünü həlaka məhkum edir. Həmçinin siqaret çəkən öz əmlakını zay edir, çünki öz pulunu Allah ona bu pulu nəsib etdiyi məqsədlər üçün xərcləmir. Axı Allah bu pulu onun dolanışığı üçün vasitə edib ki, bu pullar onun həyatına və onun dininə xeyir gətirəcək şeylər üçün xərclənsin. Siqaret isə onun gündəlik həyatı, nə də onun dini üçün heç bir fayda vermir. Beləliklə, siqaret almağa pul xərcləmək israfçılıqdır ki, buna da Peyğəmbər (ona salavat və salam olsun) qadağan etmişdir”. (Məcmu fətava va rəsaail şeyx Məhəmməd Saleh əl-Useymin).

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930