Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İki dil bilən uşaqların düşüncələri daha yüksəkdir

İyun 04
12:44 2015

Amerikalı alimlərin növbəti araşdırması iki dildə danışan uşaqların daha yaxşı empati qurmaq – özünü qarşısındakı insanın yerinə qoyaraq onu anlamaq və nə düşünə biləcəyini dərk etmək qabiliyyətinə malik olduqlarını sübuta yetirib.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirir ki, alimlərin apardıqları təcrübə zamanı 4-6 yaşlarında uşaqların qarşısına kiçik və orta böyüklükdə 3 ədəd oyuncaq maşın qoyulub. Bu oyuncaqlar onların ən kiçiyini nəzarət edən şəxsin görə bilməyəcəyi qaydada düzülüb. Həmin şəxs uşaqlardan ən kiçik maşını yerində hərəkət etdirməyi xahiş edib. Ən azı iki dildə danışan uşaqların 75 faizi nəzarətçinin ən kiçik maşını görə bilməyəcəyini düşünərək orta böyüklükdə maşını irəliyə çəkib. Bunu bir dil bilənlərin 50 faizi edə bilib.

Alimlər belə qənaətə gəliblər ki, iki dildən istifadə edilən ailələrdə böyüyən uşaqlar digərlərinə nisbətən problemlərdən tez çıxış yolu tapır, tez nəticə çıxararaq qərar vermək qabiliyyətinə malik olur və onların düşünmə bacarıqları daha yüksək olur. Bundan əvvəlki araşdırmada isə çox dil bilməyin beyin fəaliyyətinə müsbət təsiri olduğu sübut edilib.

Bu araşdırmaların nəticələri Böyük Britaniyanın “The Economist” jurnalinda dərc edilib.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. (Qurani-Kərim, “Ələq” surəsi, 1-5-ci ayələr)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930