İlahi möcüzə! Nə üçün arı pətəyi altıbucaq şəklindədir?
3. 394 dəfə baxılıb
Qəribə olanı da budur ki, mühəndis arı bu ağıllı xüsusiyyətlərini hardansa öyrənməklə və heç bir yerdə oxumaqla deyil, yaradılışından etibarən bilir.
“Sələf Xəbər”in “əl-Kull” saytına istinadən xəbərinə görə, bir neçə əsrlərdir riyaziyyat alimləri etiqad edirlər ki, ən az tikinti materialları ilə ən böyük məsafə əldə etməyə uyğun olan şəkil altıbucaq şəklidir. Belə ki, bu şəkil, hətta, bərabər tərəfli üçbucaq və kvadratlardan da üstün sayılır. Alimlərin bu fikirdə olmalarına baxmayaraq, onlar öz nəzəriyyələrini əsaslandırmaqa aciz idilər. Lakin professor Thomas Hiles Berhen 15 il bundan əvvəl riyaziyyat elminə söykənərək “arı pətəyi fərziyyəsi” adlandırdığı ixtira ilə üstünlük qazanıb. O, ən az tikinti materialları ilə müəyyən bir sahəni bərabər bölmək üçün ən böyük məsafə əldə etməyə uyğun olan şəklin altı müntəzəm çoxbucaqlının olduğunu bəyan etmişdir. Çünki altıbucaq şəkil digər bütün həndəsi şəkillərdən daha az sahəni təşkil edir.
Ona görə də mahir mühəndis olan arı altıbucaq şəkilli pətəkləri ilə bir neçə fayda qazanır. Belə ki, arı mövcud olan yerdən maksimum dərəcədə yararlandığı üçün bu şəkildə o daha çox bal hazırlayır, daha güclü və yüngül pətək düzəldir və eyni zamanda da, ən az mum istifadə edir. Bütün bunları nəzərə alaraq arı pətəyini “gözəl memarlıq əsəri” adlandırsaq, təəccüblü olmaz.
Arıların özünəməxsus digər xüsusiyyətlərindən biri də pətəyi düzəldən zaman misilsiz köməkləşmələridir. Arı tikinti əməliyyatını üç və ya dörd tərəfdən başlayır və pətəyin mərkəzi olan birləşmə nöqtəsinə qədər davam edir. Bu əməliyyat heç bir səhvsiz, harmonik şəkildə və yüksək dəqiqliklə baş verir. Balın tökülməməsi üçün arı bir-birinə söykənmiş pətəyin künclərini hesablayaraq 13 dərəcə maili edir.
Qəribə olanı da budur ki, mühəndis arı bu ağıllı xüsusiyyətlərini hardansa öyrənməklə və heç bir yerdə oxumaqla deyil, yalnız doğulandan etibarən bilir. Bu barədə Allah-Təala bizə rəhmət olaraq göndərdiyi, Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nazil etdiyi Qurani-Kərimdə buyurur:
“Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!” (“ən-Nəhl” 68-69)
Bu gün alimlər artıq ərazi itirmədən güclü strukturlar tikmək üçün arı pətəyini təqlid edirlər. Hətta, aviasiya mühəndisləri də təyyarənin güclü, lakin az yanacaq sərf etməsi üçün onun qurulmasında yüngül olan arı pətəyinə bənzər panellərdən istifadə edirlər.
Sələf Xəbər: Uca Allah buyurur: “Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Xeyr, zalımlar açıq-aşkar əyri yoldadırlar”. (Qurani-Kərim, “Loğman” surəsi, 11-ci ayə)