Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İlk insan robot əsəbləşə, sevinə və küsə bilir

Avqust 08
15:45 2015

Zaman göstərir ki, insanların həqiqətən də robotlara ehtiyacı var.

Təsəvvür edin ki, keçən ay dünyada ilk insan robot olaraq tanınan “Pepper”dən min ədəd satışa çıxarılıb. Cəmi 1 dəqiqədə bütün robotlar satılıb. İndi isə yeniləri satışa sifariş edilib. Bəli, bu göstərici realdır.

Yaponiyada fəaliyyət göstərən Softbank texnologiya şirkətində hazırlanan və satışa buraxılan dünyanın ilk insan robotu “Pepper”, artıq 400 dollara, 3 illik müqavlə ilə kirayə də verilir. Softbankdan bildirilir ki, robotun digər ölkələrdə satışına gələn ildən başlanılacaq.

“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, insan robot “Pepper”dən hazırda ayda min ədəd istehsal olunur.

“Pepper” süni ağlın köməyi ilə insan hərəkətlərini, ifadələrini və səs tonlarını analiz edərək, qarşısındakı insanın hisslərini oxuya bilir. Beləcə “Pepper” sankı vəziyyətinizə uyğun olaraq sizə yaxınlaşır. İnsanın davranışına qarşılıq verən “Pepper” əsəbləşə, sevinə və küsə bilir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930