Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İnfeksiyalarla mübarizənin hansı təbii yolları var?

Fevral 21
20:28 2015

“Sələf Xəbər” Tabloid.az-a istinadən bildirir ki, bu 4 qida maddəsi soyuqdəymə, qrip və dodaq uçuqlamasına səbəb olan infeksiyalara qarşı immunitet sistemini gücləndirir.

infeksiya-5

Yumurta sarısı
Xolesterin səviyyəsi yüksək olduğu üçün tez-tez yeyilməsi məsləhət görülməsə də, qədərində yemək çox faydalıdır. Yumurta sarısının tərkibindəki yüksək miqdarda zülal, selen və sink immuniteti möhkəmləndirir.

infeksiya-1

Hindqozu yağı
Hindqozu yağının tərkibinə lauril turşusu, antimikrobiyal, antifunqal, antibakteriyal və antioksidant daxildir. Hindoqozu yağı qrip, soyuqdəymə, hətta, HİV kimi sağlamlıqda ciddi problemlərə səbəb olan virus və bakteriyalara qarşı istifadə edilir. Tərəvəz bişirərkən içərisinə hindqozu yağı əlavə etmək faydalıdır.

infeksiya-2

Sarımsaq
Sarımsaq immunitet sistemini gücləndirən ən faydalı qidalardan biridir. Tərkibindəki allisin maddəsi sarımsağa kəskin qoxu verir. Bu maddənin antibakteriyal və antiviral xüsusiyyətləri mövcuddur. C vitamini ilə qəbul edildiyi zaman daha təsirli olur. Sarımsaq dərmanlara müqavimət göstərən bəzi bakteriya və viruslara qarşı olduqca təsirlidir. Həftədə 2-3 dəfə istehlak edildikdə bağırsaq xərçəngindən qoruduğu ortaya çıxıb.

infeksiya-3

Göbələk
Göbələklərin tərkibində bir çox antiviral, antibakteriyal və anti şiş xüsusiyyətli maddələr olur. Bütün göbələklərdə olan beta-qlukanlar isə immunitet sistemini dəstəkləyən və infeksiyalarla döyüşən birləşmələrdir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin”. (Qurani-Kərim, “Nəhl” surəsi, 114-cü ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930