İngiltərədə maşınlara cərəyan verən xüsusi yol zolağı – FOTO
894 dəfə baxılıb
Bu sistemin qurulması üçün İngiltərə 500 milyon funt maliyyə ayırıb.
İngiltərə elektriklə işləyən maşınların cərəyan yığması üçün yaradılmış xüsusi yolu test etməyə başlayıb.
Bəzi maşın oyunları var ki, avtomobilin benzini azaldıqda yoldakı zolaqlardan biri ilə gedərək avtomobilin batareyasını doldurmaq mümkün olur. Artıq bu üsul İngiltərədə elektriklə işləyən maşınlar üçün real olmağa başlayır.
“Sələf Xəbər” “A24.az”-a istinadən bildirir ki, “Highways England”in verdiyi xəbərə görə, 18 ay davam edən işdən sonra avtomobil yolunda yol zolağının altında döşənəcək elektrik naqilləri elektromaqnit bir sahə yaradacaq və batareyalar tərəfindən toplanacaq bu enerji elektrikə çevriləcək.
İngiltərə bu sistemin qurulması üçün 500 milyon funt maliyyə ayırıb. Bu özəlliyi ilə İngiltərə digər Avropa ölkələrini qabaqlamaq istəyir.
Lakin bu texnologiyadan istifadə edən ilk ölkə İngiltərə deyil. Belə ki, bu texnologiya daha əvvəl Cənubi Koreyanın Gumi şəhərində 12 km-lik bir sahədə istifadə olunmuş və xüsusi olaraq istehsal edilmiş avtobuslar bu şəkildə cərəyan toplamışdır.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)