İngiltərədə oğruların hədəfi açarsız avtomobillərdir
954 dəfə baxılıb
“Sələf Xəbər” bbb.co.uk saytına istinadən xəbər verir ki, son zamanlar İngiltərədə mütəşəkkil oğruların diqqətinin açarsız işləyən bahalı avtomobillər üzərində cəmləşdiyi bildirir.
İngiltərə Avtomobil İstehsalı və Ticarəti Qurumu, soyğunçuların yalnız təmir ustalarının istifadə etdiyi cihazlar vasitəsilə təhlükəsizlik baryerlərini aşdığını bildirib.
Avtomobil istehsalçıları açarsız işləyən avtomobillərin proqram təminatını tez-tez yeniləyərək, oğruları qabaqlamaq istəyir. Lakin, bu problem ucbatından Londondakı bəzi Range Rover sahiblərinin sığorta şirkətlərindən rədd cavabı aldığı qeyd edilir.
Açarsız çalışan avtomobillərin sayı getdikcə artsa da, soyğunçular internet vasitəsilə açarsız işəsalma sistemini işə salan vasitələri yenidən proqramlaşdıran cihazları satın almağa başlayıblar.
İlk əvvəl BMW və Audi avtomobillərinin asan hədəf olaraq seçildiyi, son zamanlar isə Ford Fiesta, Focus, Range Rover Evoque kimi bir çox avtomobil modellərinin və Ford Transit və Mercedes Sprinter kimi çox satılan yüngül ticari avtomobillərin oğru şəbəkələrinin hədəfi olduğu bildirilir.
Əslində statistik olaraq avtomobil oğurluğu xeyli çətinləşib. İngiltərədə 2002-ci ildə 318 min avtomobil oğurlandığı halda, keçən il bu rəqəm 77, 500-ə enib.
Lakin kompüter cihazları ilə təhlükəsizlik baryerlərini qırmaq cəhdlərinin sayı çoxalıb və bu sahədəki qanunların sərtləşdirilməsi tələb olunur.
Açarsız çalışan avtomobili oğurlamaq üçün istifadə edilən cihazların, avtomobillərin texniki baxışdan keçirildiyi təmir emalatxanalarında qanuni şəkildə istifadə edildiyi və bu cihazların müstəqil avtomobil təmirçiləri tərəfindən də əldə edilə bildiyi, lakin, bəzi şəxslərin bu cihazlarla avtomobillərin sisteminə qeyri-qanuni şəkildə daxil olduğu qeyd edilir.
Bununla bərabər, ən geniş yayılmış avtomobil oğurluğunun soyğunçunun açarları ələ keçirməklə həyata keçirdiyini və yeni növ oğurluq riskinin qarşısının alınmasının zəruri olduğu xatırladılır.