Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İnnab meyvəsi şəfa mənbəyidir

Oktyabr 02
19:25 2014

“Sələf Xəbər”-in sabah.com.tr saytına istinadən məlumatına görə, may və iyun aylarında yetişən, gözəl qoxulu və 4-5 metr hündürlükdə bir ağacın meyvəsi olan innabı Türkiyədə el arasında “doktor innab” kimi də tanıyırlar.

Zeytun böyüklüyündə olan bu şəfalı meyvənin tərkibində pektin, tanen, bitki seliyi, şəkər və C vitamini var. İnnabdan mürəbbə və sirkə hazırlamaq, həmçinin dərman kimi də istifadə etmək olar.

İnnabın astma və tənəffüs yolu xəstəlikləri zamanı çox faydalı olduğu, bəlğəmgətirici və öskürəkkəsici təsirə malik olduğu məlumdur. İnnab qanı təmizləyərək bağırsaqları işə salır, stress və bədənin özünü yenidən bərpa etmə prosesini sürətləndirir.

Soyuqdəymə və zökəmə qarşı müqaviməti gücləndirir. Qanda şəkərin səviyyəsini tarazlaşdırır. Zehni və fiziki yorğunluq, zəiflik, ağrılarla əlaqəli yuxusuzluq zamanı insana güc verir. İnnab qızdırmanı da aşağı salır.

Bu şəfalı meyvəni bazardan, ərzaq mağazalarından və şəfalı bitkilər satan şəxslərdən almaq olar. Mütəxəssislər hər səhər 3 innab yeməyi tövsiyə edir.

“Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi?”

Qurani Kərim, “Fatir” surəsi, 27-ci ayə

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930