İnqilabi ixtira: 6000 dollarlıq linza göz xəstəliklərinə əlac olacaq
883 dəfə baxılıb
“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən xəbər verir ki, yeni “zoom” kamerasının mexanizminə oxşar xüsusi plastikdən düzəldilmiş tibbi linzanın birinin qiyməti 6 min dollardır.
Bu elə bir inqilabi ixtiradır ki, kiçik və asan cərrahiyyə əməliyyatı aparmaqla gözün təbii mərkəzi əvəzinə bu linzanı qoyaraq yaşlıların bütün göz problemlərini həll etmək mümkündür.
Bir çox yaşlıların gözlərində baş verən hipermetropiya- yaxındakı əşyaları aydın görməmək, göz zəifliyi,mirvari suyu və digər göz xəstəliklərinə qarşı bu linza misilsiz bir əlacdır. Hansı ki, 40 yaşdan sonra bu göz xəstəlikləri çox az insandan yan keçir.
Bəşər övladının çoxu müəyyən yaş dövrlərində tibbi eynəklərə, yaxud da linzalara ehtiyac duyur. 75 yaşa çatmış hər 5 nəfərdən biri korluq və ya həddindən artıq olan zəiflikdən əziyyət çəkir. 90 yaşa çatan zaman isə bu statistika daha da artaraq hər iki nəfərdən birinə şamil olur. Bu ixtiradan qabaq gözü öz təbii halına qaytaran heç bir tibbi yol yox idi. Çox vaxt insanlar yaxın və uzağı yaxşı görmək üçün müxtəlif eynək və ya linzalardan istifadə edirlər. Lakin bəzən eynək və linzalar bəzi göz xəstəliklərinə qarşı heç cür əlac ola bilmir və görmək üçün yalnız təbii göz mərkəzinin dəyişdirilməsinə ehtiyac duyulur.
Rəqəm dili ilə desək 81% insanların bu linzadan istifadə etməsilə uzaqdakı əşyaları kamil şəkildə yenidən görə bildikləri üçün artıq kliniki sınaqlar bu inqilabi ixtiranın olduğunu isbat etmişdir. Bu linzanı istifadə etməklə 98% insan digər eynək və linzalara ehtiyac duymamış və 73% insan isə yaxındakı əşyaları yenidən görə bilmişdir.
Bunlar elə bir rəqəmlərdir ki, bu sahədə olan bütün keçmiş sınaqlardan qat-qat üstün sayılır.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)
“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara, həmçinin, görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları, həmçinin ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk edir”. (Bax: “Təfsir Əs-Saadi”)