Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İnşallah sabah güclü yağış yağacaq

Aprel 28
16:52 2016

Sabah paytaxtda (Allahın izni ilə) yağış yağacağı proqnozlaşdırılır, rayonlarda isə yağışın leysan xarakterli olacağı gözlənilir.

“Sələf Xəbər” Teleqraf.com-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-14, gündüz 16-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə aprelin 29-da şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri (istədiyi səmtə) yönəltməsində düşüncəli insanlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Casiyə” surəsi, 5-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930