İnsan bədənində yeni orqan kəşf edilib
2. 946 dəfə baxılıb
İnsan bədənində həzm sisteminə aid olan “mezenter” adlı yeni orqan kəşf edilib.
Selefxeber.az-ın məlumatına görə, “APA” AMEA-nın saytına istinadən xəbər verir ki, 2012-ci ildən irlandiyalı professor Kelvin Koffinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, “mezenter” ayrı-ayrı hissələrdən deyil, bütöv orqandan ibarətdir. Bu kəşf nəticəsində insan bədənində orqanların sayı 79-a yüksəlib.
Orqan olaraq elan edilən hissəciyin funksiyasının tam olaraq nədən ibarət olması hələ də müəyyənləşdirilməyib. Lakin alimlər bu kəşfdən sonra elmin insan orqanizmi haqqında 100 illərdir, səhv fikirdə olduğunu etiraf ediblər.
Sələf Xəbər: Uca Allah buyurur: “Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.” (Müqəddəs Quran, “Tur” surəsi, 35-36-cı ayələr)
“Bu – dinin gerçəkliyi lehinə təkzibolunmaz bir dəlildir. Əgər insan onu etiraf edirsə, onda o, iman gətirməlidir. Əgər o, onu rədd edirsə, deməli, o, nəinki təkcə dini rədd edir, o, əslində, həm də sağlam düşüncəni də rədd edir. Tövhidi və Elçinin (Allahın ona salavat və salamı olsun) öyrətdiklərini inkar edən kafirlər, əslində, onları Allahın yaratdığını inkar edirlər.
Din və sağlam düşüncə sübut edir ki, insanın əmələ gəlməsini yalnız üç ehtimaldan biri ilə izah etmək mümkündür.
Güman etmək olar ki, insanlar dünyaya öz-özünə gəliblər. Onları heç kim yaratmamışdır və onlar kənardan heç bir təsir olmadan peyda olmuşlar. Əlbəttə ki, bu açıq-aşkar cəfəngiyatdır. Həm də ehtimal etmək olar ki, onlar özləri özlərini yaratmışlar, lakin bu da mümkün deyildir. Özünün özünü necə yarada biləcəyini hətta ehtimal etmək belə çətindir.
Əgər nə birinci, nə də ikinci ehtimal mümkün deyilsə, onda biz yalnız Yaradanın olduğunu qəbul etməliyik ki, bu da Uca Allahdır. Kimə ki, bu həqiqət aydın olur, o mütləq dərk edir ki, yalnız Allah Öz məxluqlarının ibadətinə layiqdir.” (Bax “Təfsir Əs-Saadi”).