Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İnsan bədəninin möcüzələri haqqında nə bilirsiniz?

İyul 24
15:07 2014

ANS PRESS insan bədənindəki möcüzələr barədə məlumat verir.

Belə ki, bədənimizdəki damarların ümumi uzunluğu 96 min kilometrdir. Bu uzunluq ilə dünyanı 3 dəfə dolaşmaq olar.

İnsan gözü o qədər həssasdır ki, əgər dünya düz olsaydı 60 km uzaqdakı şam işığını görə bilərdi.

İnsan beyni dəqiqədə 1000 kəlmə oxuya bilər.

İnsan saçı 12 ton çəkisi olan yük qaldıra bilər.

İnsan bədənindən 30 dəqiqədə çıxan enerji ilə 4 litr su qaynatmaq olar.

İnsan bədənində şimpanzedə olan qədər tük var. Lakin onların çoxu görünmür.

İnsan sümüyü qranit kimi möhkəmdir. Sümüklər 9 ton yük qaldıra bilər.

İnsan beyni kompüter olsaydı saniyədə 38 katrilyon iş görə bilər. Dünyanın ən güclü kompüteri olan “BlueGene” bu rəqəmin 2/1000 görə bilir.

Körpələrin əksəriyyəti mavi gözlü doğulur. Lakin ultrabənövşəyi işıqların təsirindən rəng dəyişir.

Bir dırnağın tam böyüməsi üçün 6 ay lazımdır.

Böyrəklərimizdə 2 milyona yaxın filtr var ki, onlar da hər dəqiqədə 1,3 litr qan təmizləyir.

Hər bir insanın özünə xas qoxusu var. Bu qoxu ancaq əkizlərdə eyni ola bilər.

Çox yuxu görmək yüksək İQ səviyyəsindən xəbər verir.

Səhər yuxudan duranda 1 sm daha uzun oluruq. Bunun səbəbi onurğa qığırdaqlarımızın gün boyunca yığılmasıdır.

Bədənimiz hər saniyə 25 milyon yeni hüceyrə istehsal edir.

İnsan beyni bütün bədənin oksigeninin 20 faizini təkbaşına istifadə edir.

Bəzi qadınlar çox insanla müqayisədə dünyanı daha rəngli görürlər. İnsanların əksəriyyətində 3 tip rəng qəbuledici olsa da, az qisim qadınlarda bu say 4-5 arasında olur.

“Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də (dəlillər vardır.) Məgər görmürsünüz?”

(Müqəddəs Quran, “Zəriyət” surəsi, 20-21-ci ayələr)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930