Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İnsan beynində “naviqasiya sistemi”

Oktyabr 07
17:52 2014

Bakupost az “Reuters”ə istinadla xəbər verir ki, Stokholmda fiziologiya və tibb sahəsi üzrə Nobel mükafatı laureatlarının adı açıqlanıb.

Onlar ingilis-amerikan alimi Con Okif və Norveçdən olan ər-arvad Meybritt və Edvard Mozerlərdir. Mükafatın yarısı Con Okifə, yarısı isə cütlüyə verilib.

Adıçəkilən alimlər neyrofiziologiya sahəsində apardıqları tədqiqata görə mükafatlandırılıblar. Bu tədqiqatların özəlliyi insanda, eləcə də heyvanda hərəkətləri tənzimləyən, istiqamətləndirən daxili “naviqasiya sistemi”nin olmasını üzə çıxarılmasıdır.

Məhz kəşf olunmuş “naviqasiya sistemi” insana, həmçinin heyvana harada olmasını və gedəcəyi ünvana yolu, necə deyərlər, “diktə edir”.

Con Okif hələ 1971-ci ildə siçanlar üzərində apardığı təcrübə ilə sözügedən sistemin ilk əlamətlərini müəyyənləşdirib. Heç bir çıxışı olmayan qapalı otaqda siçanın beynindəki proseslərlə girişli-çıxışlı otaqda siçanın beynində baş verənlər fərqlənib: birinci halda beynin bir hissəsindəki əsəb hüceyrələri, ikincidə isə beynin tamam başqa bir hissəsindəki əsəb hüceyrələri fəallaşıb. Məhz bununla beyin otağın, belə demək olarsa, xəritəsini çəkib.

Meybritt və Edvard Mozerlər isə bu tədqiqatları genişləndirərək 2005-ci ildə isbat ediblər ki, beyində ikinci bir mühüm funksiyanı yerinə yetirən “mövqeləşmə sistemi” də mövcuddur.


“Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də (dəlillər vardır.) Məgər görmürsünüz?”

Qurani Kərim, “Zəriyət” surəsi, 20-21-ci ayələr

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930