Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İnsan beyninin analoqu olan çip hazırlanıb

Avqust 11
14:08 2014

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “IBM” tədqiqatçıları insan beyninin analoqu üzrə yaradılmış “SyNAPSE” prosessorunu təqdim ediblər.

1 milyon süni neyron və 256 milyon sinapsdan istifadə edilən çip real vaxt rejimində işləyir. Çip “Cornell Tech” universiteti ilə əməkdaşlıq şəraitində “Samsung”un 28 nanometrlik texnologiyası üzrə hazırlanıb.

“SyNAPSE” ilk neyrosinaptik kompüter çipidir. 1946-cı ildən müasir kompüterlərin əksəriyyətində istifadə olunan fon Neyman arxitekturası bu çipdə tətbiq olunmayıb. Bu həll 5,4 milyard tranzistordan istifadə edir, sərf edilən güc 70 millivattı ötmür ki, bu da istənilən müasir mikroprosessorla müqayisədə aşağıdır. Müqayisə üçün, fərdi kompüterlərə quraşdırılmış “Intel” şirkətinin indiki çipləri 1,4 milyard tranzistordan ibarətdir və 35-140 vatt enerji sərf edirlər.

“IBM” “bioloji” çipin hazırlanmasına 10 il sərf edib. 2008-ci ildən etibarən layihə ABŞ-ın DARPA agentliyi tərəfindən maliyyələşdirilir.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930