Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İnsan hətta yatmış vəziyyətdə danışığı seçə bilir

Sentyabr 17
19:14 2014

“Sələf Xəbər” mincom.gov.az-a istinadən xəbər verir ki, Britaniya və Fransa alimləri insanın yatanda danışığı seçməklə yanaşı, suallara cavab verməsi qənaətinə gəliblər.

Kembric və Paris alimləri tərəfindən aparılan araşdırmanın məqsədi qaranlıq otaqda yuxuya getmək istəyən insanın tələffüz edilən sözlərə reaksiya verməsini sübut etmək olub.

Sınaqda iştirak edənlər yuxuda olarkən heyvan adını eşitdikdə sağ ələ bərkidilmiş düyməni, insan adını eşitdikdə sol ələ bərkidilmiş düyməni basmalı idilər. Beynin göstəriciləri elektroensefaloqram vasitəsilə qeydə alınıb.

“Biz zəngli saatın səsini eşidəndə və ya kimsə bizi adımızla çağıraraq səhər yuxudan oyatmaq istəyəndə dərhal oyanırıq. Beynimiz avtomatlaşdırılan hərəkətlərə bu cür reaksiya verir”, – Paris ali məktəbinin professoru Sid Kuide deyib.

Tədqiqatdan məlum olub ki, tez yuxuya getmə fazasında beyin kənar qıcıqlandırıcılara sürətli və dəqiq reaksiya verdiyi halda dərin yuxuya gedən adam sözlərə zəif reaksiya verməyə davam edir.

Alimin sözlərinə görə, yuxuya gedən insan hətta sadə rəqəmli riyazi əməliyyatlar apara, nəticələri yadda saxlaya bilər, lakin yuxunun aktiv fazası başlayan zaman insan beyni yalnız səs və ya zəngli saatın səsi kimi kənar qıcıqlandırıcılara reaksiya verə bilər.

“Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də (dəlillər vardır.) Məgər görmürsünüz?”

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)


Müqəddəs Quran, “Zəriyət” surəsi, 20-21-ci ayələr

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930