Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İnsan saçından milyon dəfə incə, lakin poladdan 200 dəfə möhkəm maddə!

Dekabr 04
20:25 2014

“Sələf Xəbər” www.independent.co.uk saytına istinadən bu yaxınlarda alimlərin karandaş qrifelindəki karbon qrafitin yeni bir formasını aşkarladığını bildirir. Tamamilə gözlənilməyən xassələrə malik bu maddə yaşıl enerji və elektrik nəqliyyat vasitələri sahəsində inqilaba səbəb ola bilər.

Tədqiqatçılar aşkar edib ki, qrafen müsbət yüklü hidrogen atomlarına və ya protonlara özünə nüfuz etməyə imkan verir, lakin hidrogenin özü də daxil olmaqla, bütün digər qazları keçirmir.

Alimlərin sözlərinə əsasən, kəşf çox müsbət nəticələr verə bilər. Çünki hidrogendən birbaşa elektrik hasil edən yanacaq elementlərinin effektivliyini yüksək şəkildə artıra bilər.

Yeni maddənin kəşfi, havadan hidrogen yanacağını hasil etmək və onu zərərsiz tullantı məhsulları ixrac etmədən yanacaq elementində elektrik və su əldə etmək üçün karbonsuz enerji mənbəyi kimi yandırmaq perspektivini çoxaldır.

“Atmosferdə müəyyən miqdarda hidrogen var və bu hidrogen (qrafenin) digər tərəfindəki rezervuarda toplanır. Daha sonra bu hidrogen toplanan rezervuardan istifadə edərək onu eyni yanacaq elementində yandırmaq və eletrik enerjisi əldə etmək olar”, – deyə Mançester Universitetinin professoru Ser Andrey Geym bildirib.

10 il bundan əvvəl kəşf olunduğu gündən bu günə qədər qrafen alimləri heyrətə salmaqda davam edir. O dünyada mövcud ən nazik maddədir. İnsan saçından milyon dəfə incə, lakin poladdan 200 dəfə möhkəm qrafen həm də dünyada ən yaxşı elektrik keçirici maddədir.

Bu günə qədər proton keçiriciliyinə malik olmaq, praktiki imkan kimi nəzərdən keçirilmirdi. Lakin 2010-cu ildə qrafen üzərində iş üzrə Nobel mükafatına layiq görülmüş Ser Andreyin rəhbərlik etdiyi beynəlxalq alimlərdən ibarət komanda nümayiş etdirdi ki, biratomlu qalın kristal kimyəvi süzgəc rolunu oynayır. O protonların sərbəst keçidinə imkan verir, lakin digər atomlar və molekullar üçün keçilməz baryer əmələ gətirir.

Ser Andrey deyib: “Protonun qrafenə nüfuz etməsinin nə qədər asan və ya nə qədər çətin olacağı barədə nəzəri proqnozlar edilməzdən əvvəl bu barədə 3-4 elmi məqalə yazılıb və bu hesablamalar nəticəsində protonun həmin bu membrandan keçməsi üçün milyardlarla il tələb olunduğunu göstərən rəqəmlər üzə çıxıb”.

Tədqiqatçı alimlər öz elmi məqalələrində belə bir fikir irəli sürür ki, yeni təmiz enerji mənbələri üzə çıxaracaq hidrogen yanacaq elementləri sahəsində və hidrogen qazını atmosferdən toplamaq texnologiyasında qrafenin bir çox tətbiqləri mümkündür.

Qrafendən necə istifadə oluna bilər?

O, belə izah edib: “Bizim təsəvvür etdiyimiz imkanlardan biri – futuristik səslənsə də, bunu vurğulamalıyıq, çünki hələ ki, hər şey kiçik miqyasda nümayiş etdirilib – kiçik elektrik cərəyanını membran boyunca tətbiq etmək və hidrogeni qrafen və ya bor nitriti membranın içindən itələməkdir”.

Qrafenin potensial istifadə sahələri

Qrafen çox bərk, poladdan 200 dəfə möhkəm maddədir. Lakin o inanılmaz dərəcədə yüngüldür. Qrafen ilk ikiölçülü maddə hesab olunur, çünki o cəmi bir atom qalınlığında kristal təbəqələri əmələ gətirir.

Həmçinin, o yüksək elektrik keçiricidir, odur ki, elektronika ilə bağlı istənilən sahədə faydalı ola bilər. Məsələn, əyilə bilən mobil telefonlar və kameralar və geyimə bərkidilən daşına bilən elektrik cihazların hazırlanmasında.

Qrafen suyun saflaşdırılmasında istifadə olunacaq

Qrafenin tibbi tətbiqinə, onun bədən daxilində zədələnmiş nayihələrə dərman daşıyan maddə kimi istifadəsi daxildir. Bu, Parkinson xəstəliyi və ya beyin xərçəngi kimi beyinlə əlaqəli nasazlıqlardan əziyyət çəkən xəstələrin müalicəsində yeni üfüqlər aça bilər.

Qrafen, həmçinin, mayelərin parçalanmasında iştirak edən membranlar üçün yeni maddə kimi işlənib hazırlanır. Ondan inkişaf etməkdə olan ölkələrdə suyun saflaşdırılması və ya daha effektiv suşirinləşdirici zavodların qurulması üçün istifadə oluna bilər.

Alimlər, həmçinin, inanır ki, qrafenin yüksək möhkəmliyi və yüngül çəkisi nəqliyyat sənayesində yeni kompozit materialların və polimerlərin hazırlanmasına imkan verə bilər. Belə olan halda səyahətlər daha təhlükəsiz və yanacaq cəhətdən daha qənaətli olar.

Belə görünür ki, qrafendən, həmçinin, hidrogen yanacaq elementlərindən istifadə edərək təmiz elektrik enerjisi hasil etməyin yeni yollarını tapmaq üçün və hətta, havadan hidrogen yanacağının hasil edilməsi üçün istifadə oluna bilər.

 

“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi.”

Qurani-Kərim, “Ələq” surəsi, 1-5-ci ayələr

Digər xəbərlər

ARXİV

Oktyabr 2020
M T W T F S S
« Feb    
 1234
567891011
12131415161718
19202122232425
262728293031