Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İnsan səhhətinə faydalı olan 5 çılğın nəsihət

Mart 30
19:31 2015

“Sələf Xəbər” “əl-Ənbə” qəzetinə istinadən xəbər verir ki, çox vaxt səhhətin sağlamlığı üçün söhbət mükəmməl yuxudan və zərərsiz, faydalı qidadan gedir. Amma bu dəfə çılğın, lakin faydalı nəsihətlərə nəzər salmaq pis olmazdı.

Daha gözəl günorta yatışı (qaylulə) üçün kofe içmək

Yapon araşdırmalarına görə, günorta yatmazdan əvvəl kofe içmək yuxunu yaxşılaşdırır. Çünki kofe 20 dəqiqədən çox yatmağın qarşısını alır. Həmin vaxtdakı 20 dəqiqəlik yuxu istirahət üçün bir gün ərzində bəs edəcək ən yaxşı müddətdir.

Dişləri yeməkdən sonra fırçalamaq

Gündə üç dəfə dişləri yumaq vacib olan bir əməldir. Lakin yeməkdə turşulu qidalar olarsa, yeməkdən dərhal sonra yumaq dişlərə ziyan vurduğu üçün düzgün deyildir. Dişləri fırçalamaq üçün yeməkdən sonra bir saat gözləmək məsləhətdir.

Köp zamanı çoxlu su içmək

Köp hiss etmək sizin su içməyinizə mane olmalı deyil. Köp hiss edən zaman içdiyiniz su sizi həmin narahatçılıqdan xilas edəcəkdir.

Yorğunluq hiss edən zaman enerji içkilərindən uzaq durmaq

Enerji içkilərinin tərkibindəki kofein bir stəkan kofenin tərkibində olan kofeindən beş dəfə çoxdur. Yorğunluq zamanı onu içmək halı daha da pisləşdirir. Həmçinin bu içkilərin tərkibində çoxlu şəkər olduğu üçün çəkini də artırır. Ona görə də yorğunluq hiss edən zaman bu içkilərdən uzaq duraraq ot dəmləmələrindən isti çay içmək daha məsləhətlidir.

Bakteriyalara qarşı olan sabundan az istifadə etmək

Bakteriyalara qarşı olan sabunun istifadəsi xəstəlikləri səndən uzaq etməsi demək deyildir. Bu sabundan uzun müddət istifadə etmək əldə olan yaxşı və faydalı bakteriyaları da öldürür deyə bu növ sabunlardan yalnız ehtiyac olan zaman yararlanmaq məsləhətdir.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət – sağlamlıq və boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)

Digər xəbərlər

ARXİV

Oktyabr 2020
M T W T F S S
« Feb    
 1234
567891011
12131415161718
19202122232425
262728293031