İnsanın dili onun səhhəti barədə çox şey deyəcək
897 dəfə baxılıb
Racalakşmi Kollecinin alimləri dilin selikli qişasının müxtəlif patoloji vəziyyətlərini 14 xəstəliklə əlaqələndirməyə çalışıblar. “Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, bundan sonra bəzi hallarda orqanın xarici görünüşünə əsasən diaqnoz qoymaq olar.
Elmi işin gedişatında dilin təsvirlərinin analizi sistemi təklif edilib. Proqram selikli qişanın rəngini, teksturasını, qalınlaşma səviyyəsini qiymətləndirir. İri qabarcıqların olması B12 hipovitaminozunun, qanazlığının, dəmir qıtlığının əlamətidir. Göbələk infeksiyasında dil xüsusi ərp ilə örtülür. İmmun çatışmazlığı virusu daşıyan və uzun müddət antibiotiklərlə müalicə olunan xəstələrdə qara rəngli göbələklər inkişaf edir.
Yoğun bağırsağın iltihabında və Kron xəstəliyində dilin üstü xora ilə örtülür. Daxili orqanların xəstəliklərindən xəbər verən xeyli digər əlamətlər də var. Hazırda proqram 14 xəstəlik barədə xəbərdarlıq edə bilir. Amma alimlər bu siyahını genişləndirməyi planlaşdırırlar.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır.” (Buxari).