Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İnsanın ovqatı və rəng duyumu arasında qarşılıqlı əlaqəsi

Sentyabr 08
14:54 2015

ABŞ-ın Roçester Universitetinin mütəxəssisləri insanın əhval-ruhiyyəsi ilə rəng duyumu arasında qarşılıqlı əlaqə aşkar ediblər.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, tədqiqatda 127 könüllü tələbə iştirak edib.

Amerika alimləri könüllüləri iki qrupa ayırıblar. Birinci qrup qəmli süjeti olan videoçarxlara, ikinci qrup isə şən süjetli videoçarxlara tamaşa ediblər. Eksperimentin ikinci mərhələsində tələbələrə 48 müxtəlif rəng göstəriblər və bu rənglərin hansı rəng kateqoriyasına (sarı, yaşıl, qırmızı və ya göy) aid olduğunu soruşublar. Məlum olub ki, kədərli videoçarxlar rəng duyumunda konkret dəyişikliklər yaradıb. Birinci qrupdakı könüllülər göy-sarı oxdakı rəngləri şən videolara baxanlarla nisbətən daha pis ayırd ediblər.

Müşahidə edilib ki, ovqatı təlx olan adamlar dünyanı həqiqətən boz və darıxdırıcı görürlər. Alimlərin fikrincə, bu, xoşbəxtlik səviyyəsini müəyyən edən dofamin hormonunun baş beyində əmələ gəlməsinin azalması ilə bağlıdır.

Sələf Xəbər: Uca Allah buyurur: “Ya Peyğəmbər!) Məgər Allahın göydən bir yağmur yağdırdığını görmürsənmi?! Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli – ağ, qırmızı, tünd qara yollar (yaxud tünd qara qayalar) peyda etdik”. (Qurani-Kərim, “Fatir” surəsi, 27-ci ayə)

Digər xəbərlər

ARXİV

Oktyabr 2024
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
28293031