Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İnternet saytlarının sayı 1 milyardı ötüb

Sentyabr 26
13:23 2014

“Qafqazinfo”nun ICTnews-a istinadən verdiyi xəbərə görə, “Netcraft” şirkətinin analitik hesabatı göstərib ki, sentyabrda internetdə işləyən sayt və şəxsi bloqların sayı ilk dəfə 1 milyardı ötüb və 1022954603 qovşaq təşkil edib. Bu, ötən ayla müqayisədə 31 milyon host daha yüksəkdir.

“Netcraft” şirkətindən bildirilib ki, bundan əvvəl 1 milyard göstəricisi keçilməyib.

Hesabatda qeyd olunub ki, 19 il bundan əvvəl “Netcraft” şəbəkədə saytların sayı üzrə statistika aparmağa başlayıb və o zaman 1 milyard göstərici tamamilə əlçatmaz görünüb. Birinci hesabat 1995-ci ilin avqustunda dərc edilib. O zaman şəbəkədə yalnız 18957 sayt qeydə alınıb, amma iki il sonra bu göstərici artıq 1 milyona çatıb.

2000-ci ilin əvvəlində internetdə 10 milyondan çox sayt qeydə alınıb. O zaman “Netcraft” şirkəti 27/7/365 rejimində işləyən statistika sistemini işə salıb, çünki yalnız belə iş rejimi dəqiq hesablamanı təmin edə bilərdi. Bundan sonra “Netcraft” saytların hesablanması alqoritmlərini on dəfədən çox dəyişib.

Hazırda şəbəkədəki saytların çox hissəsi (71%-dən çox) üç veb-serverin (Microsoft IIS, Apache Httpd, həmçinin Nginx) idarəetməsi ilə işləyir. Son 7 ildə “Nginx” serverində kəskin artım tempi müşahidə olunur, amma hələ ki bazar payı digər ikisindən geri qalır.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930