İnternet-serfinq beynin qocalmasını ləngidir
933 dəfə baxılıb
AzərTAc “The Times of India” qəzetinə istinadən yazır ki, internetdən daim istifadə yaddaşın azalması və baş beynin qocalması prosesini ləngidir.
İnformasiya axtarışı və mənimsənilməsi sürətli təfəkkür tələb etdiyi üçün beyni məşq etdirir və onun xidmət müddətini artır. Alimlərin fikrincə, İnternet koqnitiv ehtiyatı artırır və beynin neyronlar şəbəkəsini genişləndirir və beləliklə, onun qocalma prosesini ləngidir.
Bu məlumatları 50 yaşından 89 yaşınadək olan 6422 britaniyalının iştirakı ilə aparılmış tədqiqatın nəticələri təsdiq edir.
Məlum olub ki, ümumdünya şəbəkəsindən istifadə həmin yaş qrupuna xeyirdir. Onların müntəzəm surətdə şəbəkəyə çıxması yaşlı əhalinin rəqəmsal savad göstəricilərini artırır, həyat səviyyəsini yüksəldir, intellektini
qoruyub saxlayır və təfəkkürünü sürətləndirir.
Lakin internetdən həddindən artıq istifadə edilməsi şəkərli diabet və ürək-damaq xəstəlikləri riskinin artmasına gətirib çıxarır, buna görə alimlər fəal həyat tərzi ilə informasiya əldəetmə prosesi arasında qızıl ortanı tapmağı məsləhət görürlər.