Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İnterneti kimlər idarə edir?

Avqust 14
21:45 2015

Açarlar dünyanın dörd bir yanında gizli saxlanılan ehtiyat qutuları açır.

Başlıq bir qədər Den Braunun əsərlərini xatırlatsa da, vəziyyət realdır: bütün internet 7 real açarla idarə olunur.

“Sələf Xəbər” Anspress-ə istinadən bildirir ki, “The Guardian” qəzetinin xüsusi layihələr üzrə redaktoru Ceyms Bol (James Ball) “açar mərasimi” adlanan ritualı izləmək imkanı əldə edib.

Mərasimi aparan şəxslər “Təyin Edilmiş Ad və Rəqəmlər üzrə İnternet Korporasiyası”nın (ICANN – Internet Corporation gor Assigned Names and Numbers) əməkdaşlarıdır. ICANN rəqəmlərlə göstərilən internet ünvanlarının kompyuter və vebsaytlar üzrə təyin edilib brouzerlərdə axtarışa verdiyimiz normal veb ünvanlarına köçürülməsi üçün məsuliyyət daşıyır. Məsələn, brouzerdə 64.27.101.155 rəqəmlərini yazsaq, “Business Insider” saytı gələr. Ancaq www.businessinsider.com yadda saxlamaq daha asandır, nəinki rəqəmləri.

ICANN məlumat bazasına daxil ola bilən şəxs internetin idarəsini də ələ ala bilər. Məsələn, həmin şəxs bank saytlarını axtarışa verənləri saxta bank saytlarına yönəldə bilər. Əgər belə bir şey baş verərsə, ICANN məlumat bazası yenidən qurulmalıdır. Buna görə də, təşkilat idarəni yalnız bir şəxsə vermir və işini ehtiyatlı tutur. Bu iş üçün hər birinə bir əsl açar verilən 7 nəfər seçilib. Həmin bu 7 nəfəri əvəz edə biləcək daha bir 7 nəfər də ehtiyatda var.

Həmin açarlar dünyanın dörd bir yanında gizli saxlanılan ehtiyat qutuları açır. Quyuların içində açar kardlar yerləşdirilib. Həmin kardları birləşdirdikdə “əsas açar”, yəni ICANN məlumat bazasına giriş üçün tələb olunan kod, parol alınır.

2010-cu ildən bu yana açarların həvalə edildiyi şəxslər hər il dörd dəfə görüşür və yeni kod yaradırlar. Mərasimdə iştirak etməzdən əvvəl çoxlu sayda təhlükəsizlik yoxlanışları aparılır. Mərasimin keçirildiyi otaq elektron əlaqə vasitələrindən qorunulur.

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031