Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İrsilik uşaqların müvəffəqiyyət dərəcəsinə təsir edir

Oktyabr 09
19:19 2014

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Britaniyalı alimlər irsiliyin uşaqların müvəffəqiyyət dərəcəsinə təsirini müəyyən ediblər.

Əkizlərin buraxılış imtahanlarının nəticələrinə baxaraq (imtahanlar 2010-2012-ci illərdə keçirilib) müəyyən ediblər ki, qiymətləndirmələrin 60 faizi genetik amillərlə izah edilir. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalına təqdim olunub.

Böyük Britaniyada buraxılış imtahanlarında ingilis dili, riyaziyyat və təbiət elmləri məcburi fənlərdir və həmin imtahanları 16 yaşında verirlər. Tədqiqatçılar 6653 cüt həm monoziqot (eyni yumurta əkizləri), həm də heteroziqot əkizin (sonuncular genlərin yalnız 50 faizini bölüşürlər) aldıqları qiymətləri təhlil ediblər. Hər iki tip əkizlərin müqayisəsi müvəffəqiyyət dərəcəsi amillərinin irsiliklə və tərbiyə ilə bağlı nisbətini aydınlaşdırmağa imkan verib.

Bundan başqa, alimlər genlərin və mühitin intellektual səviyyəyə necə təsir etdiyini də araşdırıblar. Onlar testlər vasitəsilə əkizlərin 83 psixoloji xüsusiyyətini, öz gücünə inamını, davranış problemlərini və sağlamlıq vəziyyətini ölçüblər. Sonuncular 35-58 faiz irsiliklə müəyyən edildiyi halda qiymətlər 60 faiz genlərlə şərtlənir.

Alimlər qeyd edirlər ki, imtahan qiymətlərinə irsiliyin təsiri yalnız intellektlə deyil, həm də digər (həm irsən, həm də qazanılmış) xüsusiyyətlərlə bağlıdır.

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031