Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İşdən sonra TV izləmək sizi “uğursuz və aciz” edir

Avqust 04
17:39 2014

“SələfXəbər.az” İndependent-ə istinadən Almaniya və Niderlan alimlərinin işdən sonra TV izləməyin insana təsirinə dair son tədqiqatlarından yazır.

İşdən evə qayıdarkən bir çoxumuz bunları düşünürük: məşqə gedəcəyəm, dostlarıma zəng edəcəyəm və kağızlarımı qaydasına salacağam. Lakin, yorğun iş günü bitər-bitməz, divana sərilib TV izləməyə başlayırıq.

Bu məsələ sizi narahat edirsə, siz tək deyilsiniz – alimlərin həyata keçirdiyi araşdırmanın nəticələri göstərib ki, uzun iş günündən sonra TV izləyən insanlar özlərini aciz və uğursuz hesab edə bilər. Araşdırmanın Journal of Communication jurnalında çap olunmuş nəticələrinə əsasən, uzun iş günündən sonra stressə məruz qalmış insanlar TV izlədikdə və ya kompüter oyunları oynadıqda, heç də özlərini rahatlanmış və ya dincəlmiş hiss etməyiblər. Əksinə, onlar özünü çox aciz və uğursuz hesab ediblər.

Almaniyanın Yohannes Qutenberq Universitetində və Niderlandın VU Universitetində çalışan tədqiqatçılar, araşdırmada iştirak edən 471 iştirakçıdan, işdən və ya dərsdən sonra özlərini necə hiss etdiklərini və hansı media vasitəsindən istifadə etdiklərini soruşublar. Məlum olub ki, daha çox yorğun insanlar, gündəlik vacib işlərini görmək əvəzinə, TV izləmək və ya oyunlar oynamağa daha çox meylli olublar. Bu, onların özlərini aciz hiss etməsinə, nəticə etibarilə ilə isə dincələ və istirahət edə bilməməklərinə, media vasitələrindən istifadənin müsbət təsirlərinin azalmasına gətirib çıxarıb.

Bundan əvvəl aparılmış tədqiqatın nəticələri göstərib ki, media vasitələrindən istifadə, insanlara dincəlməyə və işin stressindən azad
olmağa kömək edən “müalicə üsuludur”. Lakin, yeni araşdırma, stressli iş günündən sonra müxtəlif media vasitələrindən istifadə etməyin ziddiyyətli olduğunu vurğulayıb.

Hesabatın müəlliflərindən biri olan, Yohannes Qutenberq Universitetinin professoru, Doktor Leonard Reineke bunları deyib: “Biz indi daha yaxşı anlayırıq ki, media vasitələrinin istifadəsi, insanların əhval-ruhiyyəsinə müəyyən mənada müsbət təsir göstərə bilər. Bu araşdırma, bu məsələni anlamaq istiqamətində atılmış mühüm bir addımdır.

Lakin, nəticələr göstərir ki, real həyatda, media istifadəsi və istirahət arasındakı qarşılıqlı əlaqə çox mürəkkəbdir və mediadan
istifadə, gündəlik həyatda daha az xoşagələn, lakin mühüm vəzifələri yerinə yetirməyimizə əngəl törədə bilər. Biz, media vasitələrindən istifadəyə, insanın enerjisini bitirən bir səbəb kimi baxmağa başlayırıq. Smartfonların və mobil internetin hökmranlıq sürdüyü bir dövrdə, istənilən yerdə məlumat əldə etmək və ünsiyyət qurmağın mümkünlüyü, istirahət mənbəyi olmaqdan daha çox ağırlıq və stress mənbəyidir”.

“Qul Qiyamət günü bu dörd şeydən sorğuya çəkilmədikcə Allahın hüzurundan kənara bir addım da ata bilməz: ömrünü hara sərf etdiyindən, elmi ilə nə əməllər etdiyindən, bədənini hara sərf etdiyindən, malını haradan qazanıb, haraya sərf etdiyindən.” (Hətib Əl-Baqdadi, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930