İşıq sürəti ilə hesablamalar aparan kompüter yaradılır
883 dəfə baxılıb
“Sələf Xəbər” ictnews.az saytına istinadla yazır ki, İngiltərənin “Optalysys” texnoloji şirkəti 2015-ci ilin yanvarında hesablamaları işıq sürəti ilə yerinə yetirəcək kompüterin prototipini təqdim edəcəyini bəyan edib. Kompüterin artıq 2020-ci ildə satışa çıxarılacağı gözlənilir.
Optik texnologiyalar elektrik enerjisi ilə deyil, işıqla işləyir. “Optalysys” kompüterlərində azgüclü lazer və geniş maye-kristal tordan (liquid-crystal grating) istifadə olunur. Lazer şüası maye-kristal torun üzərinə düşür və onun daxilində müəyyən prosesləri işə salır. Bu proseslər əsasında alqoritmlər yaradılır ki, onlar da kompüterə eyni
anda milyonlarla hesablama əməliyyatını emal etməyə imkan verir. Optik prosessorun gücü ənənəvi silisium prosessorların gücündən xeyli yüksəkdir.
Bundan başqa, sistem çox az enerji sərf etdiyindən “Google”, “Amazon” və “Facebook” kimi şirkətlər elektrik xidmətlərinə görə ödəmələrdə xeyli vəsaitə qənaət edə bilərlər.
“Optalysys” layihəsinə ümidlər böyükdür. Tərtibatçılar vədlərinə əməl edərək optik superkompüter yaratmağa nail olsalar, dünyanı texnoloji inqilab gözləyir, – www.rbc.ru yazır.