Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

İstifadəçilər kompyuterdən “Whatsapp”la mesaj yaza biləcəklər

Yanvar 22
21:16 2015

Kompyuterdən də “Whatsapp”la mesaj göndərmək mümkün oldu.

“Whatsapp” istifadəçilərinin illərdir gözlədiyi xidmət nəhayət işə salındı. “Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata əsasən, artıq istifadəçilər kompyuterdən də “Whatsapp”la mesaj yaza biləcəklər.

Bununla da SMS xidməti istifadəçilərinin xeyli azalacağı gözlənilir. Yeni xidmətdən yararlanmaq üçün web.whatsapp.com ünvanına daxil olaraq telefondakı “Whatsapp” əlavəsini açıb ekrandakı QR kodunu skan etmək lazımdır.

Veb saytdan söhbət etmək üçün telefonun internetə bağlı olması və bağlantını kəsməmək tələb olunur.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

May 2025
M T W T F S S
« Feb    
 1234
567891011
12131415161718
19202122232425
262728293031