Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Kağız kimi bükülən televizor

İyul 15
15:39 2014

cumhuriyyet.info “LG” şirkətinin yeni iki televizor panelinin buraxması haqda xəbər verir. Kağız enliyində olan panellər o qədər elastikdir ki, onları diametri 3 sm olan boru şəklində bükmək olur.

Şirkət əminliklə bildirib ki, 60 düym və ya 152 sm diaqonallı Ultra HD formatda olan elastiki televizorların istehsalı 2017-ci ilə kimi başlayacaq. Bu ilin əvvəlində “LG” CES ümumdünya elektronika və texnologiya sərgisində özünün ilk elastiki televizorunu nümayiş etdirmişdi.

Ekspertlər deyirlər ki, ekranların elastikliyi televizorlardan yaradıcı istifadəyə geniş imkan yaradır. Yeni elastik panelin genişlənməsi 1200×810-dur, televizor diametri 3 sm olan boru şəklində bükülsə belə keyfiyyəti pozulmur.
“LG”-nin iddia etdiyi kimi, belə elastiklik plastik əvəzinə “yüksək molekulyar material əsasında hazırlanmış poliimid plyonka”dan
düzəldilmiş plata sayəsində mümkün olub.

İkinci panel şəffafdır və özündən əvvəlki modelləri çox qabaqlayır. Şirkət bulanıqlığın azalmasını və ekranın parlaqlıq effektinə cavab verən işıq buraxmanın 30% artmasını qeyd edir.

Ekspertlərin sözlərinə görə, elastik ekranların geniş istifadə perspektivləri var. Çünki adi ekranlardan fərqli olaraq, uzun ömürlüdürlər.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930