Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Kakao hafizə zəifliyinin dərmanıdır

Noyabr 06
17:07 2014

“Sələf Xəbər” www.independent.co.uk saytına istinadən bildirir ki, bir fincan kakao yaşlı insanın hafizəsini 30-40 yaşlı insanın hafizəsi səviyyəsinə çatdıra bilər. Alimlər inanır ki, qəhvə dənəsinin tərkibində olan antioksidant xassəli flavonol, yaşlı insanlarda yaddaş itkisini ləngidə bilər.

Şokoladın tərkibində olan bu maddənin insan zehni üçün əvvəllər bilinməyən faydalarını üzə çıxaran araşdırmaya əsasən, kakao yaşla əlaqəli yaddaş itkisini yavaşlada və hətta əksinə yönəldə bilər. Alimlər aşkarlayıb ki, qəhvə dənəsinin tərkibində olan antioksidant xassəli flavonol, 60 yaşlarında olan insanın hafizəsini, “tipik 30-40 yaşlı insanın hafizəsi” səviyyəsinə çatdıra bilər.

Nyu-Yorkda Kolumbiya Universiteti Tibb Mərkəzinin həyata keçirdiyi araşdırma, yaşlı insanları tanışlarının adları və ya açarlarını hara qoyduqları kimi kiçik məqamları unutmasına səbəb olan bir problemin, yaşla əlaqəli yaddaş pisləşməsinin qida rasionuna dəyişikliklər etməklə qarşısının alına biləcəyinin ilk sübutu hesab olunur.

Araşdırmada 50 və 69 yaşlarında 37 könüllü iştirak edib və onları 2 qrupa bölüblər. Bir qrupa gündəlik olaraq tərkibində yüksək dozada (900 mq), digərlərinə isə gündə cəmi 10 mq flavonol olan içkilər verilib. 3 ay sonra, yüksək flavanol tərkibli içkiləri içən insanlar vizual təsvirləri daha sürətli və daha aydın tanıma əlamətləri göstərib.

Araşdırmadan əvvəl və sonra iştirakçıların beyni müayinə edilib. “Əgər araşdırmanın əvvəlində iştirakçı tipik 60 yaşlı insan hafizəsinə malik idisə, 3 ay sonra o adam orta hesabla tipik 30-40 yaşlı insanın hafizəsinə malik olub”, araşdırmanın baş müəllifi Doktor Skot Smol deyib.

Qoldsmit Kollecinin idraki neyropsixoloqu Doktor Aşok Cansari deyib: “Əhalinin qlobal şəkildə yaşlanmasını nəzərə alsaq, beynin biz yaşlandıqca funksiyasını itirən müəyyən bölgəsini təcrid etməklə və qeyri-farmakoloji müdaxilə ilə yeni məlumatın öyrənilməsini yaxşılaşdırdığını nümayiş etdirməklə, müəlliflər bizim zehni sağlamlığımızı yaxşılaşdırmağa əhəmiyyətli dərəcədə kömək göstəriblər”.

Dövri “Nature Neuroscience” jurnalında nəşr olunmuş araşdırma, kakaonun ürək-damar sistemi üçün faydalarını göstərən tədqiqatdan sonra həyata keçirilib. Lakin, mütəxəssislər bildirib ki, araşdırmanın məğzi o deyil ki, insanlar daha çox şokolad yeməlidirlər. Çünki, təcrübədə istifadə olunan məhsul, xüsusi olaraq qəhvə dənələrindən əldə edilmiş içki olub. Araşdırma zamanı kakaonun, yaşla əlaqəli hafizə itkisindən fərqli olan ağıl zəifliyinə təsiri tədqiq olunmayıb.

Birləşmiş Krallığın Alsheymer xəstəliyinin araşdırılması mərkəzinin əməkdaşı Doktor Saymon Ridli deyib: “Bu kiçik araşdırma, kakao dənələrinin tərkibində olan flavonolların qısa müddət ərzində mümkün təsirlərindən bəzilərini vurğulayır. Lakin, flavonollarla zəngin qida rasionunun ahıl vaxtda zehni yaxşılaşdırıb-yaxşılaşdırmadığını tam anlaya bilmək üçün genişmiqyaslı araşdırmalar həyata keçirməliyik”.

Bristol Universiteti ağıl zəifliyi nevrologiyasının baş məruzəçisi Doktor Liz Kulthard deyib: “Araşdırma zamanı qeyd olunub ki, performansın dəqiqliyi yox, sadəcə reaksiya vermə müddəti yaxşılaşıb və daha dəqiq nəticə olmadan sürətli performans nümayiş etdirmək heç də həmişə fayda vermir”.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930