Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Keçibuynuzu radiasiyadan da qoruyurmuş

Mart 06
16:10 2015

Südlə birləşdirilən keçibuynuzu, uşaqların inkişafındakı töhfəsi ilə yanaşı, onları radiasiyaya qarşı da qoruyur.

Kocatəpə Universitetində aparılan bir araşdırmada, südlə qarışdırılmış keşibuynuzunun uşaqlarının inkişafına köməyi ilə yanaşı, radiasiyaya qarşı qoruyucu təsirinin olduğu da müəyyən edilib.

“Sələf Xəbər” Anadolu Agentliyinə istinadən bildirir ki, Kocatəpə Universiteti Mühəndislik Fakültəsinin Qida Mühəndisliyi bölümünün rəhbəri Professor Abdulla Çağlar, verdiyi açıqlamada, mobil telefon, televiziya, kabelsiz internet və digər elektromaqnit cihazlar vasitəsilə insanların hədsiz dərəcədə radiasiyaya məruz qaldığını deyib.

Bu vəziyyətin, insanlarda bir çox xəstəlik və mənfiliklərə yol açdığının elmi olaraq da müəyyən olunduğuna diqqət çəkən professor, radiasiyaya qarşı “qalxan” ola biləcək tədbirlər görülməsinin lazım olduğunu söyləyib.

Südün, radiasiyaya qarşı ən yaxşı qoruyucu kimi tanındığını dilə gətirən Çağlar, belə davam edib:

“Radiasiyanın sıx olduğu yerlərdə və kimyəvi işlərdə çalışan adamlara süd və qatıq verilərək peşə xəstəliklərdən qorunduğu məlumdur. Keçibuynuzunun radiasiyaya qarşı mükəmməl qoruyucu olduğu təsdiqini tapdıqdan sonra, Universitetimiz Qida Mühəndisliyi Bölümündə, son olaraq hazırladığı bir layihədə keçibuynuzunu südlə qarışdırdı. Tələbəmiz Nərmin Əyri Müdrikinin inkişaf etdirdiyi məhsul, xüsusən ailələrin böyük diqqətini çəkdi. Südlə birləşdirilən keçibuynuzu, uşaqların inkişafındakı töhfəsi ilə yanaşı, onları radiasiyaya qarşı da qoruyur”.

Radiasiyadan daha çox uşaqların və yaşlı insanların təsirləndiyi məlumatını verən Çağlar, bunun səbəb ola biləcəyi riskləri dəf etmək üçün südün keçibuynuzu ilə istehlak edilməsini təklif edib.

Və bunun təsirli bir dərman olacağını sözlərinə əlavə edib.

“Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir”.

(Qurani-Kərim, “Ya sin” surəsi, 36-cı ayə)

Digər xəbərlər

ARXİV

İyul 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
293031