Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Kəklikotu orqanizmi onkoloji və ürək-damar xəstəliklərindən qoruyur

Fevral 17
13:09 2015

Dəmirin zəngin mənbəyi sayıldığına görə, anemiya xəstələrinə də məsləhət görülür.

Bu məhsul – dadı, qoxusu və əsas olan xeyirli xüsusiyyətlərinə görə kulinariyada geniş istifadə olunur.

Tərkibinə daxil olan vitamin və fitoqidalı maddələrinə görə ona şəfalı xüsusiyyəti çox olan bitki kimi dəyər verilir. O, kaliy, marqanes və dəmirə olan çatışmazlığı dolduraraq, hal – əhvalı yaxşılaşdırır. Həmçini, tərkibində antiseptik sayılan və göbələk əleyhinə xüsusiyyətə malik olan timol efir yağı vardır.

“Sələf Xəbər” Teleqraf.com-a istinadən bildirir ki, geniş antioksidant yığımı olduğundan, o, orqanizmi onkoloji və ürək – damar xəstəliklərindən qoruya bilir. Dəmirin zəngin mənbəyi sayıldığına görə, anemiya xəstələrinə də məsləhət görülür. Bu bitkidə olan kalinin yüksək konsentrasiyasına görə isə, o, arterial təzyiqi normallaşdırma gücünə malikdir.

Bu ədviyyat, həmçinin, piridoksinin (B6 vitamini) mənbəyi sayılır. Dəri, sinir xətəlikləri və əzələ spazmlarında geniş istifadə olunur. Bu maddə həm də, nevrit, seboreyya dermotiti və qlossiti zamanı çox xeyirlidir. Sidikqovucu təsirə də malik olan bu bitki, orqanizmi qocalmadan qoruyur və qıcolmaları aradan qaldırır.

Hər bir məhsulun olduğu kim, bu məhsulun da ziyanlı tərəfləri vardır. Belə ki, kəklikotunu çoxlu miqdarda qəbul etdikdə arteriyal təzyiqin qalxmasına səbəb olduğuna görə, hipertoniklərin bu məhsulu müəyyən miqdarda qəbul etmələri məsləhət görülür. Digər bitkilərdə olduğu kimi, kəklikotu da torpaqda olan toksik maddələri özündə topladığına görə, ekoloji cəhətdən təmiz olmayan rayonlardan toplanan məhsul, orqanizmə ziyan vura bilər.

Həmçinin, mədə yarası olan insanlar üçün kəklikotu məsləhət görülmür, belə ki, o, selikli qişanı qıcıqlandırır.
Bu hallarda bitkini dəmləyib, məhlul halında içirlər.

 Sələf Xəbər: Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930