Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Kompyuterdə çox işləyənlərin nəzərinə

Mart 22
17:39 2016

İnsan gözünü optik sistemlə müqayisə edən həkimlər bildirib ki, 6 metr və daha uzaq məsafələrə baxmaq üçün insan gözündə hər hansı bir nizamlamaya ehtiyac yoxdur və bu zaman göz daha az yorulur.

Kompyuterdən meydana gələn göz xəstəliklərində çoxalma qeydə alınıb.

“Sələf Xəbər” Sputnik-ə istinadən bildirir ki, göz xəstəlikləri üzrə mütəxəssislər belə şikayətləri olanlara mümkün qədər kompyuter ekranından uzaq olmağı məsləhət görür. Bu istiqamətdə ən çox meydana gələn xəstəliyin isə göz ağrısı və göz sulanması olduğu qeyd edilib.

İnsan gözünü optik sistemlə müqayisə edən həkimlər bildirib ki, 6 metr və daha uzaq məsafələrə baxmaq üçün insan gözündə hər hansı bir nizamlamaya ehtiyac yoxdur və bu zaman göz daha az yorulur. Yazmaq, oxumaq, müxtəlif əl işi və kompyuter kimi 30-40 sm-dən daha az məsafədə olan fəaliyyətlər isə gözü daha çox yorur.

Mütəxəssislər, görməkdə çətinlik çəkildiyi və ya göz yorulduğu zaman ekrana yaxınlaşmaq əvəzinə işarələri böyütməyi, ekranı minimum parlaqlıqda saxlamağı, otağın işığının kompyuter işığından daha güclü olmasını məsləhət görür.

Həkimlər, həmçinin kompyuterlərin yaydığı elektromaqnit dalğalarına görə prosessorun stolun üstünə yox, yerə qoyulmasını məsləhət görür.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)

“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah-Təala insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara, həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları, həmçinin ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk edə bilsin.
Təsəvvür edin ki, əgər insan eşitmə, görmə qabiliyyətindən və ağıldan məhrum olsaydı, hansı vəziyyətə düşərdi. Vacib həyati bacarıqlardan və məziyyətlərdən məhrum olmuş kar, kor və lal insanı təsəvvür edin. Doğrudanmı sizə bu nemətləri Əta edənə minnətdarlıq bildirməzsiniz? Doğrudanmı siz təkcə tək Ona ibadət və itaət etməyəcəksiniz? Sizin təşəkkürünüz Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də azdır!” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930