Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Könüllü gənclərimiz informasiya müharibəsində bir arada

Aprel 08
19:11 2016

Könüllülərdən ibarət bir qrup gənc son günlər cəbhədə baş verən hadisələrlə bağlı dünya mətbuatında yer alan yanlış məlumatların qarşısını almaq üçün maraqlı bir addım atıblar.

Onlar “Könüllülərinin İnformasiya Qərargahı” adı altında ölkəmiz haqqında, hazırda təmas xəttində baş verənlərlə bağlı xarici mətbuatda yayımlanan informasiyaların yetərsiz olduğunu bildirərək, informasiya müharibəsində dövlətimizə yararlı olmaq məqsədi ilə bir araya gəliblər.

Axar.az məlumat verir ki, Musavat.com-un əməkdaşı bu təşəbbüsü irəli sürüb, təşkilatçılıq edən gənclərlə əlaqə saxlayıb. Könüllü təşkilatçı Faiq Əliyev bunları söylədi: “Biz “Azərbaycan Könüllülərinin İnformasiya Qərargahı” olaraq, ölkəmiz haqqında, hazırda torpaqlarımızda gedən döyüşlər zamanı xarici mediada yayılan informasiyalar yetərsiz olduğu və informasiya müharibəsində dövlətimizə yararlı ola bilmək üçün bir araya gəldik”.

F.Əliyev bildirdi ki, təşəbbüsü Fuad Hacıyev adlı gənc “Feysbuk” sosial şəbəkəsi üzərindən edib: “Dostumuz Fuad öz ideyasını irəli sürdükdən sonra biz də ona dəstək verdik. Onun yazdığı status 1400-dən çox insan tərəfindən paylaşıldı. 100-dən çox tərcüməçi könüllü olaraq bizə yardımçı olmaq istədiyini bildirdi. Əvvəlcə maxsimum 5 xarici dilə tərcümələri nəzərdə tutsaq da, hazırda 25-dən çox dildə bizə köməklik edə biləcək könüllülər var”.

Qərargahda daimi yardımçı olan işçilər arasında Faiq Əliyev, Rüfət Abdullayev, Günay Məhərrəmli və Fuad Hacıyevin olduğunu deyən müsahibimiz “Könüllülərin böyük əksəriyyəti e-maillər və sosial şəbəkə üzərindən yardımçı olub, tərcümələr edirlər. Daha sonra qrup və səhifə açdıq. Mən Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatları qrupda paylaşıram, onlar tərcümə edir. Könüllü redaktorlarımız isə onları redaktə edirlər. Bizim bu an üçün ən çox ehtiyacımız olan məsələ xarici media ilə yaxşı əlaqəsi olan dostlardır. Qərargahımız “Dəmirchi Tower”in 5-cu mərtəbəsində yerləşir” – deyə sözlərinə əlavə edib.

F.Əliyev atəşkəs elan olunsa da, informasiya müharibəsinin davam etdiyini vurğuladı: “Atəşkəs elan olunsa da, biz doğru informasiyanı yaymaqda davam edəcəyik. Bu müharibədə hər kəs yararlı ola bilər. Əvəzolunmaz dəyərimiz Azərbaycan üçün…”

Sələf Xəbər: İnsanların fikrini toplamaq və onları parçalanmaqdan qorumaq İslam şəriətinin əsas hədəfi və qayəsidir. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930