Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Kosmosa gedəcək ən böyük təyyarə FOTO

Fevral 27
16:17 2015

Təyyarə 6 mühərrik ilə işləyəcək.

“Microsoft” şirkətinin qurucularından Paul Allenin hazırladığı dünyanın ən böyük təyyarəsi inşa edilir.

“Sələf Xəbər”in “A24.az”-a istinadən məlumatına görə, təyyarənin hazırlanması ilə bağlı ilk görüntülər bu günlərdə gəlib. Kosmosa peyk, texnika və insan aparacağı deyilən bu nəhəng təyyarə, 544 ton ağırlığında nəzərdə tutulub və iki ədəd gövdəsi olacaq. Həmçinin, qanadlararası məsafəsi 116 metr olan təyyarə altı ədəd “Boeing 747″ mühərriki ilə təmin olunacaq. İki gövdə arasına, təxminən, 36 metr uzunluğunda bir raket yerləşdiriləcək.

Eniş və qalxış üçün 3,65 kilometr uzunluğunda bir uçuş-enmə zolağına ehtiyacı olan təyyarə, peyk və ya kosmos texnikalarını orbitə çıxaracaq. Bu təyyarənin beş il içərisində ilk sınaq uçuşunu reallaşdırması gözlənilir.

📷

sx-news-1696-2 sx-news-1696-1

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib.

Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Qurani-Kərimdə Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər

ARXİV

Oktyabr 2020
M T W T F S S
« Feb    
 1234
567891011
12131415161718
19202122232425
262728293031