Kosmosda oksigen tapılıb
768 dəfə baxılıb
Günəşin necə yaranmasına dair nəzəriyyələr yanlış çıxa bilər.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Avropa Kosmik Agentliyi tərəfindən inkişaf etdirilən və Rozetta adlı kosmik gəminin daşıdığı “Fiale” (Philae) adlı qurğu 67P şifrəli quyruqlu ulduzu əhatə edən qaz buludunun daxilində oksigen molekulları tapıb.
Bu mövzuda araşdırma aparan elm adamları qaz buludunda tapılan sərbəst oksigenin su buxarı, karbon monoksid və karbondan sonra 4-cü qaz olduğunu açıqlayıb.
Alimlərin sözlərinə görə, yeni kəşf günəş sisteminin nə cür meydana gəldiyinə dair bu günə qədər olan nəzəriyyələri alt-üst edə bilər.
Bern Universitetinin professoru Katrin Altveg bu məlumatın sənədlərini ilk dəfə görəndə bunun yalnış olduğunu düşünüb. O, daha sonra məlumatın doğruluğuna əmin olsa da, “Oksigen ora necə gəlib” sualının üzərində araşdırma aparmağın lazım olduğunu bildirib.
Qeyd edək ki, “Filae” adlı modul 12 noyabr 2014-cü il tarixində 67 P Çuryumov-Gerasimenko adlı kometaya enərək, oradan Yerə məlumat ötürməyə başlayıb.
Sələf Xəbər: Uca Allah öz dəqiq və mükəmməl hesablamasına müvafiq olaraq yaradır. O qeyd-şərtsiz hər şeyi yarada bilər və bunun üçün mütləq imkana malikdir. O hər bir şeyi nümunəsiz və misilsiz yaratdı. Onun yaratdıqları cürbəcürdür və hesablanması mümkünsüzdür. Uca Allahın yaratdığı hər bir şey O onu yaratmadan öncə mövcud olmamışdır və onun haqqında heç kim bilməmişdir.
Uca Allah buyurur: “De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, (hər şeyə) Qalib gələndir”. (Qurani-Kərim, “Ər-Rəd” surəsi, 16-cı ayə)“De: “Allah – bütün varlığın Vahid Xaliqidir”. Həqiqətən də, məxluqlar özləri kimilərini yaratmağa qadir deyillər və öz Yaradanı olmadan yaşaya bilməzlər. Bu isə o deməkdir ki, bütün varlıqların Allahı və Yaradanı vardır ki, O, heç bir şərikə möhtac deyildir. O – Vahid və Qüdrətli, Təqlidedilməz və İxtiyar Sahibidir”. (Bax: “Təfsir Əs-Saadi”)