Kosmosun daha bir sirri aşkarlandı – FOTO
1. 532 dəfə baxılıb
ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) “New Horizons” planetlərarası stansiyası dünən bütün missiyası ərzində minimal məsafəyə yaxınlaşıb. Həmin məsafə 12500 kilometrdir.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, Plutona çatmaq üçün “New Horizons” 9 il uçuşda olub. Cırtdan planet və onun təbii peyki Haron barədə məlumatlar toplayandan sonra stansiya Koyper qurşağına yollanacaq.
Aparat 2026-cı ilədək aktiv qalacaq.
Plutona yaxınlaşmazdan əvvəl “New Horizons” bu cırtdan planetin şəklini 766 min kilometrlik məsafədən çəkmişdi. Həmin foto Plutonun tədqiq olunmağa başladığı vaxtdan bəri ən aydın görüntüsü idi.
NASA ekspertlərinin dediklərinə görə, Plutondakı yüksəkliklər Günəş planetindəki ən “gənc” dağlardır. Onların, təqribən 100 milyon il yaşı var.
“New Horizons”un Pluton və Haronun görüntülərini Yerə yollaması nəticəsində bəlli olub ki, Plutonun səthi əsasən buzdan ibarətdir və planetin diametri də indiyədək hesab olunduğundan 80 km artıqdır.
“Tarixə düşdük. ABŞ Plutona çatmış ilk millət və dövlət oldu”, – NASA rəhbəri Çarlz Bolden deyib.
Sələf Xəbər: Uca Allah öz dəqiq və mükəmməl hesablamasına müvafiq olaraq yaradır. O qeyd-şərtsiz hər şeyi yarada bilər və bunun üçün mütləq imkana malikdir. O hər bir şeyi nümunəsiz və misilsiz yaratdı. Onun yaratdıqları cürbəcürdür və hesablanması mümkünsüzdür. Uca Allahın yaratdığı hər bir şey O onu yaratmadan öncə mövcud olmamışdır və onun haqqında heç kim bilməmişdir.
Uca Allah buyurur: “De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, (hər şeyə) Qalib gələndir”. (Qurani-Kərim, “Ər-Rəd” surəsi, 16-cı ayə)“De: “Allah – bütün varlığın Vahid Xaliqidir”. Həqiqətən də, məxluqlar özləri kimilərini yaratmağa qadir deyillər və öz Yaradanı olmadan yaşaya bilməzlər. Bu isə o deməkdir ki, bütün varlıqların Allahı və Yaradanı vardır ki, O, heç bir şərikə möhtac deyildir. O – Vahid və Qüdrətli, Təqlidedilməz və İxtiyar Sahibidir. Məxluqlar güc baxımından bir-birilərindən gücdə və qüdrətdə üstün olurlar, lakin onların hamısı bu barədə Vahid və Qüdrətli Allahdan geri qalırlar. Qüdrət və bənzərsizlik qarşılıqlı əlaqədədir və təkcə Ona məxsusdur”. (Bax: “Təfsir Əs-Saadi”)