Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Luh lövhələr üzərində Quran əzbərləyənlər – FOTO

May 27
14:35 2015

Luh adlı taxta lövhələr afrikalı uşaqların Quranı öyrənmələri üçün yeganə tədris vasitəsidir.

Heç bir dəftər və ya qələm istifadə etmədən, yalnız müəllimin söyləyərək, uşaqların da təkrarlayaraq öyrənməsi və əzbərləməsi üsuluna əsaslanan təhsil sistemi Afrikanın hər ölkəsində imkansızlıqlardan dolayı yaranmış bir təhsil sistemidir.

Luh adı verilən taxta lövhələr isə Afrikada təhsil sahəsində yaşanan çətinliklərin necə üstələndiyinə dair çox gözəl nümunədir. Taxta lövhələr üzərinə Qurandan ayələr yazılır və əzbərlənir. Luh üzərində yazılan hər məlumat və ayə əzbərləyənədək silinmədən saxlanılır. Ayələr əzbərləndikdən sonra lövhə silinir və ora yeni dərslər yazılır.

Afrikada hər şagirdin əzbərləyib öyrənə biləcəyi bir Qurani-Kərimi olmadığı üçün ayələrin bu cür öyrənmə üsulu xalq tərəfindən inkişaf etdirilmişdir.

Müsəlman olan Afrika xalqı mədrəsə təhsilinə böyük önəm verir. Lakin müxtəlif çətinliklərdən dolayı mədrəsələr Quranı bu kimi şifahi təhsil sistemini tətbiq edərək öyrənirlər.

“Sələf Xəbər” “A24.az”-a istinadən Afrikada uşaqların necə Quranı öyrəndiklərini fotolarda təqdim edir:

📷

SONY DSC SONY DSC SONY DSC quran-5 quran-6 quran-7 quran-8

Sələf Xəbər: Uca Allah buyurur: “Bu (Quran), insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar”. (Qurani-Kərim, “İbrahim” surəsi, 52-ci ayə)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədən kimsələrdir”. (Əl Buxari)

Təqdirəlayiqdir ki, öz böyük həcmi və dərin müdrik mənasına baxmayaraq, digər dini və dünyəvi kitablar kimi səhifələrdə yox, Quran əsrlər boyunca milyonlarca müsəlmanın ağlında və ürəyində qorunur. Bütün dünyada milyonlarla müsəlman (cavandan tutmuş yaşlıya qədər) cildli halda 600-dən çox səhifəsi olan Quranı əzbər bilir (114 surədən (fəsil) və 6200-dən çox ayədən ibarət). Quranın əzbərlənməsi üzrə ixtisaslaşdırılmış mərkəzlərdə oxuyanlar bir qayda olaraq onu 2 ilə əzbərləyirlər (orta hesabla gündə 1 səhifə əzbərləməklə), bəzi mərkəzlərdə isə əzbər üzrə sürətləndirilmiş kurs hətta 2-4 aya baş verir. müsəlman aləmində başlanğıcı 1400 il bundan əvvəl, hələ Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sağlığında qoyulmuş bu təcrübə hələ bu günə qədər də böyük nəsildən kiçik nəslə ötürülür. Bunun mümkün olmasının səbəbi, Quranın fani bir insan tərəfindən yazılmış kitab deyil, Kainatın Yaradıcısının özünün insanlara göndərdiyi açıq-aydın Vəhy və doğru yoldur. Beləliklə, Uca Allah Quranın əzbərini və başa düşülməsini asanlaşdırmışdır.

Dünyada heç bir dini kitabda insanların, müsəlmanları öz müqəddəs kitabını əzbər bildiyi kimi əzbər bildikləri bir dini kitab mövcud deyildir. Məsələn, dünyada xristianların sayı 2 milyardı keçsə də, hər hansı bir xristianın (əlbəttə ki, tam komissiya yoxlaması ilə, necə ki bu bütün Quran əzbərləmə mərkəzlərində baş verir) bütün İncili başdan-ayağa bilməsinin heç olmasa bir rəsmi bəyanatı barədə məlum deyildir. Və əgər bir gün Allahın hökmü ilə bütün dinlərin müqəddəs kitabları məhv edilsə və yer üzərindən silinsə, o zaman müsəlmanlar Quranı Uca Allahın VII əsrdə göndərdiyi şəkildə bərpa edə bilərlər. Bu sadəcə bir uşaq səbəb ilə mümkün ola bilər! Lakin dünyada çox gənc, Quranın 600 səhifəsini də əzbər bilən hələ çox uşaq var. Bir çox müsəlman ölkələrində uşaqlar Quranı artıq 4 yaşda əzbər bilirlər. Bəzən bəzi ərəb ölkələrində fenomen şəklində bu, hətta 3 yaşlı uşaqlarda da rast gəlinib.
Həmçinin, bir təəccüblü fakt da mövcuddur ki, Quranı əzbərləmiş yüz minlərlə mənşəcə ərəb olmayan insan var. Çoxlu sayda hafiz Türkiyədə və Şərqi Asiyanın müsəlman ölkələrində yaşayır.

Beləliklə bütün dünyada Quran əzbərləmə məktəbləri Uca Allahın bütün əsrlər boyunca Quranı düşmənlərin və bədxahların təhriflərindən qorumasının səbəblərindən biridir.

Quranı zikr üçün asanlaşdıran və onu hər hansı təhrif və dəyişiklikdən Qoruyan Allaha həmd olsun: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq”. (Qurani-Kərim, “Hicr” surəsi, 9-cu ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930