Maraqlı zəngli saat proqramı
2. 027 dəfə baxılıb
Playmarketlərdə fərqli sistemlər üçün zəngli saat proqramları çoxdur. Hər biri istifadəçini vaxtında yuxudan oyatmaq üçün daha mükəmməl və fərqli olmağa çalışır. Bəzi proqramlar istifadəçini yatağından qalxıb hərəkət etməyə məcbur edir. Bəziləri isə zəngi dayandırmaq üçün idman hərəkətləri etməyi tələb edir.
“Sələf Xəbər”in alarabiya.net saytına istinadən verdiyi xəbərə görə, tam fərqli “Wakie” adlı yeni proqram istifadəyə verilmişdir. Bu proqram zəngli saat funksiyasını sosial şəbəkə vasitəsi ilə həyata keçirir. Bu, yatanları oyatmaq üçün düzəldilmiş sosial şəbəkədən ibarətdir. İstifadəçi istədiyi şəxsə “məni filan saatda oyadarsan” mesajını qoymaqla, zəngli saatı işə sala bilir. Bu proqram Android, WindowsPhone və İOS sistemləri ilə işləyir.
Bu şəbəkə istifadəçilərin qarşılıqlı aktivliyi ilə işləyir. İstifadəçi yuxudan oyanmaq istədiyi vaxtı təyin edir, digər istifadəçilər isə həmin vaxtda ona təcili və qısa telefon zəngi etməklə onu oyadırlar. Zəng edən kimsə tanımadığı, bilmədiyi kimsə ola bilər. Bütün bunlar pulsuz xidmətdir. Onu da deyək ki, hal-hazırda bu xidmət bütün ölkələrdə keçərli deyildir. Lakin proqram təqdimatçıları yaxın vaxtlarda bütün ölkələrin bu şəbəkəyə icazə verəcəyinə ümid edirlər.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)