Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Marşrut avtobuslarına kameralar quraşdırılır

May 26
18:34 2016

Bakıda bir sıra marşrut xətləri üzrə hərəkət edən avtobuslarda müşahidə kameraları quraşdırılır.

“Sələf Xəbər”in “XəzərXəbər”-ə istinadən məlumatına görə, artıq bir neçə marşrut avtobusunda kameraları görmək mümkündür.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bəzi avtobuslarda kameralar Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, marşrut sahiblərinin təşəbbüsü ilə quraşdırılır.

““Baku Bus” öz təşəbbüsü ilə xəttə buraxılan avtobuslarına kameralar quraşdırıb. Amma Bakı Nəqliyyat Agentliyi tərəfindən digər avtobuslara kameraların quraşdırılması ilə bağlı hər hansı təlimat verilməyib”-deyə Nuridə Allahyarova bildirib.

Qeyd edək ki, təkcə şəhəriçi deyil, Bakıətrafı qəsəbələrə hərəkət edən avtobuslara da kameraların quraşdırılması nəzərdə tutulub. Artıq “Qaraçuxur” istiqamətində işləyən 81 saylı marşrut avtobusunda müşahidə kameraları quraşdırılıb.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930