Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Maşın paslanmasının qarşısını almağın sadə üsulu

Fevral 03
13:33 2015

Hər birimiz fərq qoymadan yeni, yaxud da köhnə maşınlarımızı maşın və ya bazar dayanacaqlarında saxlayırıq. Bu dayanacaqlarda qapıları açarkən bir-birilərinə toxunduğuna görə maşında cızıqlar əmələ gəlir.

Bu cızıqların adi olmasına və gündəlik baş verməsinə baxmayaraq, bəzi toxunmalar güclü olduğuna görə maşının boyasını qoparır və bununla da həmin yerdə paslanma baş verir.

“Sələf Xəbər” alanba.com-a istinadən xəbər verir ki, kiçik olaraq başlayıb sonra da vaxt keçdikcə böyüyən bu paslanmanın qarşısını almaq üçün yenidən rənglənməyə qədər həmin cızıqları şəffaf dırnaq boyası ilə örtmək mümkündür.

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin.”

Hələ bundan əvvəl, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930