Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Maşın sürmək ömrü uzadır

Fevral 29
18:28 2016

Kolumbiya Səhiyyə Universitetinin əməkdaşları bildirirlər ki, avtomobil idarə etmək ömrün uzanmasına kömək edir.

“Sələf Xəbər”in ATV.az-a istinadən məlumatına görə, onlar yaşı 55-dən yuxarı olan insanların sağlamlıq vəziyyətini öyrənəndən sonra bu qənaətə gəliblər.

Qeyd edək ki, bütün könüllülərin kifayət qədər sürücülük təcrübəsi olub. Məlum olub ki, vaxtının çoxunu sükan arxasında keçirən insanlar yaddaş problemindən az şikayətlənir.

Bu, onlarda koqnitiv funksiyaların daha yaxşı inkişaf etməsi ilə bağlıdır. Bundan əlavə, sükan arxasında oturmaq depressiya riskini də təqribən 5 dəfə azaldır. Buna görə də tədqiqat müəllifləri insanlara tez-tez sükan arxasına keçməyi məsləhət görürlər ki, hətta ahıl yaşlarında da yaxşı yaddaşa malik olsunlar. Üstəlik, avtomobil sürmək sağlamlıqla bağlı bir çox başqa problemlərdən də yaxa qurtarmağa kömək edir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930