Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“McDonalds”ın kartoflarına vurulan maddələr

Yanvar 24
15:27 2015

Dünyanın ən böyük fastfud restoranları şəbəkəsi olan “McDonalds”ın müxtəlif ölkələrdəki minlərlə iaşə obyektində müştərilərə təklif olunan qızardılmış kartofun, yəni “kartof fri”nin insan orqanizmi üçün təhlükəsiz olmadığı aşkarlanıb.

Sən demə, bu kartof hazırlanarkən onun tərkibinə dimetilpolisiloksan, yəni silikon qarışığı vurulur.

Məşhur “Mythbusters” proqramının aparıcısı Qrant İmahara silikon qarışığı ilə yanaşı, “kartof fri”nin tərkibində insan orqanizmi üçün təhlükə səviyyəsi sonadək bəlli olmayan 14 kimyəvi maddə və qarışıq da aşkarlayıb.

Onların arasında əsasında benzin duran tributilhidroginon da vardı.

“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, Q.İmahara ABŞ-ın Aydaho ştatındakı “McDonalds” restoranlarının menyusunu “saf-çürük” edib və menyuda ən populyar, ən çox satılan təamlar arasında olan “kartof fri”yə xüsusi diqqət yetirib.

Bəlli olub ki, bu kartof iki dəfə qızardılır: bir dəfə bilavasitə “fri”nin hazırlandığı zavodda, ikinci dəfə isə bilavasitə restoranda.

“Təbii ki, iki dəfə qızardılan kartof heç bir halda insan orqanizmi üçün xeyirli sayıla bilməz. Amma onu da deməliyəm ki, “kartof fri”nin tərkibindəki kimyəvi maddələr və qarışıqların insan orqanizmi üçün təhlükəli olduğunu deyə bilmərəm”, – deyərək N.İmahara vurğulayıb.

Onun sözlərinə görə, “McDonalds” restoranlarında müştərilərə təklif edilən “kartof fri”nin görüntüsünü daha yaxşı, “iştahlı” etmək üçün kartof dilimlərinə kanola və soya yağları, hidrogenerasiya edilmiş soya yağı, mal əti dadlandırıcısı, hidrolizə olunmuş buğda, hidrolizə edilmiş süd, limon turşusu, qlükoza, natrium-pirofosfat və dimetilpolisiloksan vurulur.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə, hətta, adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930