Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Məhsulun üzərində “CE” nə deməkdir? – Çin, yoxsa Avropa keyfiyyəti?

Dekabr 01
15:57 2016

1985-ci ildən bəzi məhsulların (23 mal qrupu) Avropa Birliyi ölkələrində satıla bilməsi üçün CE standartları tətbiq edilməyə başlanmışdır.

Selefxeber.az-ın “Eurasiadiary.az”-s idtinadən məlumatına görə, bu kəlimə Conformité Européenne sözlərinin baş hərfindən əldə edilmiş və Fransız mənşəli sözdür. CE AB ölkələrində məhsullara sərbəst satılma, idxal və ixrac edilmə haqqı verməkdədir. Digər bir deyişlə məhsullar üçün pasport funksiyasını qazandıran bu işarə məhsulun keyfiyyətli olması mənasına gəlməməlidir. Əsas anlamı ətraf mühitə zərərli olmayan, insan və digər canlı organizminə zərər verməyən və nəzarətdən keçmiş məhsul kimi başa düşülən işarə istehsalçı firmaların özü tərəfindən etiketlənə bilməkdədir. Ancaq, daha sonra məhsulun üzərindəki CE işarəsinin standartlara uyğun olmadığı, yani malın gərəkli xüsusiyyətləri daşımadığı aşkarlandığı təqdirdə istehsalçı firma Avropa Məhkəməsinə dəvət olunmaqdadır. Saxtakarlığa yol verdiyi təsbit olunan istehsalçıya təzminat davası açılaraq ən sərt halda AB bazarında bir daha məhsul satması qadağan edilməkdədir.

cnce

Üçüncü dünya ölkələri kimi tanınan az inkişaf etmiş ölkələr isə AB bazarına məhsul satmaq üçün bu standartlara əməl etmək məcburiyyətindədir. Eyni zamanda 3-cü dünya ölkələrindən məhsul idxal edildiyi təqdirdə məsuliyyəti idxalçı ölkə daşımaqda və o məhsulun standartlara uyğun olub-olmadığına nazarət etməlidir.

Bəzən firmalar tərəfindən məhsulların üzərindəki CE sertifikatı heç bir standart tətbiq edilmədən vurulması ilə bərabər, bəzən də bir sıra istehsalçı firmalar gərəksiz bəhanə ilə özlərinə bəraət qazandırmağa çalışmaqdadır. Məsələn, Çin öz məhsulları üzərinə eyni ölçüdə və eyni şəkilli etiket vuraraq AB bazarına ixrac etməyə başlaması bir müddət sonra narazılıqlara səbəb olmuşdur. Çünki, standartlara uyğun olmayan bu məhsulların üzərindəki CE etiketi qanunsuz idi. Ancaq, Çin istehsalçı firmaları CE etiketinə”China Export” (Çin İxrac Malı) şəklində açıqlıq gətirərək özlərinə bəraət qazandırmağa çalışmışlar.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930