Məkkəgülü çayı xəstəliklərin dərmanı sayılır
2. 192 dəfə baxılıb
Məkkəgülü (karkade) çayını ərəblər bütün xəstəliklərin dərmanı adlandırırlar. Sözsüz ki, bu içkinin belə qiymətləndirilməsi təsadüfi deyil. Öz zəngin tərkibi ilə Məkkəgülü çayı bir çox dərdlərin təbii dərmanıdır.
“Sələf Xəbər” Milli.az-a istinadən xəbər verir ki, tərkibində 13 üzvi turşu olan bu içkinin dadı turş, rəngi qırmızıdır.
Hibiskus bitkisinin ləçəklərindən hazırlanan Məkkəgülü çayı qan təzyiqi və 2-ci tip şəkərli diabet xəstəlikləri üçün olduqca faydalıdır.
Hibiskus bitkisi antioksidantlarla zəngin olduğundan orqanizmi cavanlaşdırır, onu azad radikalların təsirindən qoruyur, xoşxassəli və bədxassəli şişlərin yaranmasının qarşısını alır.
Bu çayı soyuqdəymə və qripin profilaktikası üçün ən təsirli vasitə hesab etmək olar.
Öskürəyə qarşı xeyirlidir və xəstəlik zamanı yüksək temperaturu normaya salır.
Məkkəgülü çayı qan damarlarını möhkəmləndirir, qanda xolesterinin miqdarını azaldır, damar tıxaclarının yaranmasının qarşısını alır.
Bədənin ümumi tonusunu normasında saxlayan bu içki orqanizmin immun sistemini gücləndirir, xəstəliklərə qarşı müqavimətini artırır.
Məkkəgülü çayının orqanizmə faydalarından biri də onun sinir sisteminə müsbət təsir göstərməsi, əsəb gərginliyini, fiziki və zehni yorğunluğu aradan qaldırmasıdır.
Tərkibində kversitin olduğuna görə Məkkəgülü çayı göz yorğunluğunu da götürür, görmə qabiliyyətini yaxşılaşdırır. Kompyuter qarşısında saatlarla oturanlar üçün bu çay ən yaxşı içkidir.
Məkkəgülü çayı qaraciyərin fəaliyyətinə də müsbət təsir göstərir.
Ödqovucu xassəyə malikdir, öd ifrazını normallaşdırır.
Zərərli maddələrin orqanizmdən xaric olmasına kömək edir.
Böyrək iltihabı zamanı xeyirlidir, sidikqovucu xassəyə malikdir.
Piylənmənin qarşısını alır, arıqlamaq istəyənlər üçün effektli vasitədir.
Məkkəgülü çayı kişi sağlamlığı üçün də xeyirlidir.
Mədə xorası və qastrit xəstəlikləri olanlar bu çaydan məhdudiyyətlə istifadə etməlidirlər. Belə ki, bu içki mədə şirəsinin turşuluq dərəcəsini artırır. O cümlədən, öd daşı xəstəliyinin kəskinləşdiyi dövrdə də Məkkəgülü çayından istifadə etmək məsləhət görülmür.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır”. (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1)