Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Məktəb çantası uşaqlarda qozbellik yaradır – SOS

Sentyabr 19
20:42 2014

“Sələf Xəbər” İnterpress.az-a istinadən türkiyəli mütəxəssislərin apardığı araşdırmanın nəticələrini yazır. Araşdırma, ağır məktəb çantasının uşaqlarda nəfəs çatışmazlığı və ağciyərin kiçilməsinə səbəb olduğunu üzə çıxarıb.

Travmatoloq Həsən Doğanın sözlərinə görə, hər 100 gəncdən 3-ü-nün onurğa sütununda əyrilik müşahidə olunur: “Dik dayanmaq ağciyərlərin rahat fəaliyyətinə səbəb olur. Əgər onurğa sütununda əyrilik olarsa, bu zaman nəfəs almaq çətinləşir, ağciyərin ölçüsü azalır. Hətta kiçik bir yük belə onurğaya təsir edə bilər. Uşaq yaşlarından etibarən müəyyən ağırlıqda yükü davamlı olaraq aparmaq özünü onurğa sütunu əyriliyində göstərir”.

Bu problemlə qarşılaşmaq üçün məktəb çantalarının çəkisi ilə yanaşı, formasının da önəmli olduğunu deyən mütəxəssis hansı çantaların zərər verdiyini açıqlayıb: “Bağları sərt, dar olan məktəb çantası boyun, kürək və belə zərər verir. Buna görə də bağları enli, sərt olmayan məktəb çantaları seçilməlidir”.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930